Çay yoxsa kofe daha ziyanlıdır?

Müəllif: Dilaycan
Şərhlər: 5
Baxılıb: 4 408
Səs ver:
(səs: 0)
Çayın faydaları
Çayın təkibində flavonoid deyilən maddə var. Bu maddə xolesterolun səbəb olduğu damar pozğunluğunun qarşısını almağa kömək edir. Eyni zamanda flavonoid qreyfrut, soğan, qırmızı şərab və qara üzümdə də var. Antioksidan xüsusiyyətinə sahib qara çay diş çürüməsinin qarşısını alır. Əgər 10 ildən artıqdır ki, çay içirsənsə, mütəxəssislərə görə bunun sümüklərin sağlamlığına yaxşı təsiri var. Sümük əriməsinin qarşısını almaq üçün mübarizəni gücləndirir. Sakitləşdirici təsirə malik olub, gərginliyi, stressi azaltmağa dəstək olur. Gündə 3 fincan çay içsən infeksiyalarla mübarizədən qalib ayrılarsan.

Çayın zərərləri
Hər şeyin artığı ziyan olduğu kimi çayın da artığı ziyandır. Damarların sərtləşməsinə gətirib çıxarır. Mədədə asidi artırdığına görə qastritə yol açır.Yeyilən yeməklərdə dəmirin tez sovrulmasına gətirib çıxarır. Əl titrəməsindən yüksək təzyiqə qədər mənfi təsirləri var. Çayla bərabər qəbul edilən şəkərin də miqdarına diqqət etmək lazımdır.

Kofenin faydaları
Qadınlarda kişilərə nisbətən daha çox öd daşı olur. Araşdırmalara görə kofe içən qadınlarda bu hal daha azdı. Xüsusilə də serroz qaynaqlı qaraciyər xərçənginin azalmasına köməkçi olur. Gündə 3 fincan içilərsə astma təhlükəsini azaldır. Baş ağrısına yaxşı təsir edir. Həzm sisteminin yaxşı işləməsinə səbəb olur. Qədərində istifadə edilirsə selulit kimi dəri problemlərinin də aradan qalxmasına təsirli olur.

Kofenin zərərləri
Kofeni də digər qidalar kimi qədərində istifadə etmək lazımdır. Miqdarından artıq qəbul edilməsi sinir sistemində neqativ təsirlər yaradaraq əllərin titrəməsinə, ürək döyüntülərinin artmasına gətirib çıxarır. Xüsusilə hamilə qadınların, xora və ürək xəstələrinin uzaq durması lazımdır. Gündə 3 fincandan daha çox kofe içənlərdə kafein qəbuluna qarşı aslılıq olur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri