Müdrik cavablar

Müəllif: aLoNe AnGeL
Şərhlər: 7
Baxılıb: 3 888
Səs ver:
(səs: 0)
Bir müdrikdən soruşurlar:
"dünyada ən çox kimi sevirsiniz?"
"Dərzimi sevirəm," deyə cavab verir.
Sualı soruşanlar çaşıb qalırlar:
"Axı ustad, dünyada sevəcək o qədər çox insan var ikən dərzi kimdirki? Niyə dərzi?"
Müdrik, bu suala da belə cavab verir:
"Dostlarım, bəli mən dərzimi sevirəm. Çünki onun yanına hər getdiyimdə, mənim ölçümü yenidən götürür. Amma başqa insanlar elə deyil. Bir dəfə mənim haqqımda qərar verər və ölənə qədər də məni həmişə eyni gözlə görərlər." müdrik qoca
***
müdrikdən soruşurlar:
Bir insanın zəkasını nədən anlayarsınız?
Danışmasından.
Bəs heç danışmazsa?
O qədər ağıllı insan yoxdur ki!
***
müdrikdən necə bu qədər doğru
qərarlar qəbul edə bildiyini soruşurlar:
"Təcrübə"-deyir.
O təcrübəni necə qazandın,- deyə soruşurlar?
"Səhvlərimlə"-deyə müdrik cavab verir.
***
müdrikə " Necə insan ola bilərik?"-deyə sual verirlər.
"Üç addım atmaqla"-cavab verir müdrik adam:
Əvvəl sənə pislik edənlərə pislik düşünməməyin... Insanlığa atdığın ilk addım budur... Sənə pislik edənlərə yaxşılıq edə bildiyin an isə ikinci böyük addımı atar və həqiqi insan olmağa başlayarsan. Nəhayət, sənə yaxşılıq edənlə pislik edən arasında bir fərq hiss etməyəcək hala gəldiyin zaman insan olarsan!

***
müdrikdən soruşurlar:dünyada ən gözəl şey nədir?
"Sevmək"
Yaxşı sonra?
"Sevilmək"
bəs niyə sevmək sevilməkdən əvvəl gəlir?-sualına:
çünki insan sevdiyinə sevildiyindən daha çox əmindir-deyə cavab verir!
***
müdrikdən sorşurlar: ən xoşbəxt insan kimdir?
bax, o dağdakı çobandır- deyə cavab verir.
niyə deyə soruşurlar?
müdrik: çünki insan bildikləri ilə yaşayar,onun bildikləri isə qoyunları və onu əhatə edən şeylərdir.
özünü xoşbəxt etməyəcək və fikirlərini qarışdıracaq elə bir biliyə sahib deyildir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri