Atanın yaşı və sağlamlığı uşağın sağlamlığına təsir edir?

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2047
Səs ver:
(səs: 0)
Ananın sağlamlığı, yaşı, hamiləlik zamanı qidalanması, pis vərdişləri və s. uşağın sağlamlığına böyük təsir edir. Bu sübut olunmuş bir faktdır.
Əvvəllər belə hesab olunurdu ki, atanın rolu bu işdə daha azdır. Lakin son araşdırmalar sübut edib ki, bu yanılmadır. Atanın sağlamlığı, yaşı, pis vərdişləri və hətta qidalanması uşağın sağlamlığına ciddi təsir edir. Kişinin sağlam olmayan həyat tərzi onun uşaqlarında inkişaf pozulmalarına, autizm xəstəliyinə, piylənməyə, psixi pozulmalara və s. problemlərə səbəb ola bilər.
Djordjtaun Universiteti (ABŞ) alimləri bu mövzu ilə bağlı olan müxtəlif araşdırmaları analiz ediblər. Nəticədə məlum olub ki, 40 yaşından böyük olan kişilərin uşaqlarında autizm və şizofreniyanın inkişafı riski daha cavan kişilərin uşaqları ilə müqayisədə daha böyükdür.
Atanın yaşı 50-dən çoxdursa, onun uşağında ürək xəstəlikləri və Daun sindromu riski yüksək olur.
Əgər ata alkoqolizmdən əziyyət çəkirsə, onun uşağında da bu pozulmanın inkişafı riski artmış olur.
Piylənmədən əziyyət çəkən kişilərin uşaqlarında şəkərli diabetin və piylənmənin inkişafı riski sağlam kişilərin uşaqları ilə müqayisədə daha çoxdur.
Araşdırmanın nəticəsində alimlər belə qərara gəliblər ki, ataların sağlamlığına və həyat tərzinə daha böyük diqqət edilməlidir. Bu gələcək nəsillərin sağlamlığı üçün olduqca vacibdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri