New York haqqında

Müəllif: Totu
Şərhlər: 7
Baxılıb: 2 388
Səs ver:
(səs: 0)
Nyu-York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu-York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu-York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır. Nyu-York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbani şəhəridir.

Şəhərlər

Nyu-York ştatında 62 şəhər var. Ən böyük və ən məşhur şəhəri Nyu-Yorkdur. Ştat əhalisinin beşdə ikisi bu şəhərdə yaşayır. Ştatın ən kiçik şəhəri Şerildir. Ştatın paytaxtı Olbanidir.Nyu-York (8,175,133)
Baffalo (261,310)
Roçester (210,565)
Yonkers (195,976)
Sirakuz (145,170)
Olbani (97,856)
Nyu Roşel (77,062)
Mount-Vernon (67,292)
Skenektadi (66,135)
Utika (62,235)

Əhali və din sayı

2006-cı ildə Nyu-York Texas və Kaliforniyadan sonra üçüncü ən çox əhalisi olan ştat idi. Əhalinin sayı 19 541 453 nəfər təşkil edirdi. İndi bu rəqəm 2,7 % yüksəlib. Əhalinin böyük əksəriyyəti (92%) şəhərlərdə yaşayır. Eyni zamanda çoxlu sayda immiqrantlar əsasən bu ştata üz tuturlar. Nyu-York əhalisi 65% ağlar, 17,6% ispan və ya latınlar, 15,9% Afrika amerikalıları, 7,3% asiyalılar, 3% digər irqlər, 0,6% yerli amerika hindularından ibarətdir. Katoliklər Nyu-York əhalisinin 40%-ni təşkil edir. 30% əhali protestant, 8,4% yəhudi, 3,5% müsəlman, 1% buddistdir. Yerdə qalanlar isə heç bir dinə sitayiş etmirlər.
Nyu-York immiqrantlar şəhəridir. Şəhərdə təxminən 170 ayrı dil danışılmaqdadır və hər üç adamdan biri ABŞ-dan kənarda doğulanlardır. İngiliscə müxtəlif aksentlərlə danışılır. İngilis dili ilə yanaşı ispanca da geniş yayılmışdır. Kiçik İtaliya (Little Italy) məhəlləsində italyan, Çin məhəlləsində isə çin dilində danışılır.

24 saat açıq olan metrosu və sıx nəqliyyatı ilə "Heç Vaxt Yatmayan Şəhər" adını almışdır.

Azadlıq heykəli, Empayr Steyt Binası, Sentral Park və Tayms Meydanı, Müasir İncəsənət Muzeyi, Quggenhaym Muzeyi və Müasir Tarix Muzeyi şəhərin maraqlı məkanlarıdır. Göydələnləri, prospektləri, restoranları, alış-veriş mərkəzləri və insanları ilə Nyu-York turistləri cəzb etməkdədir.
New-York – möhtəşəm və bir çoxlarının arzusunda olduğu şəhərdir. Hazırda burada 8,4 milyon insan yaşayır. Aşağıda bu şəhər haqqında bilmədiyiniz və hətta bəlkə təsəvvür belə etmədiyiniz faktları təqdim edirik:
New-York metrosunda 12 152 həyat növü (həşəratlar və bakteriyalar da daxil olmaqla) aşkar edilmişdir.
Fövqəladə hallar istisna olmaqla New-York-da siqnallamaq qadağandır. Hər birimizin artıq düşündüyü kimi, buna baxmayaraq yenə də siqnaı səsini adi hallarda da eşitmək mümkündür.
Şəhər 1789-cu ildə ABŞ-ın ilk paytaxtı elan edilir. Düzdür, bu cəmi 1 il davam etmişdi.
2018-ci ildə New-York-da ilk yeraltı park yaradılacaq.
Şəhərdə pəncərəsiz göydələn var.
Manhetten 1626-cı ildə yerli əhalidən hazır ki məbləğlə 1000 dollara alınmışdı.
New-York-lular ildə akulalardan daha çox adam dişləyirlər.
Qışda şəhər rəhbərliyi dəmir yolları buzla örtülməsin deyə onları yandırırlar.
İntihar hallarından dünyasını dəyişən new-yorkluların sayı, qətl zamanı həlak olan insanların sayından çoxdur.
Delavar hindularının dilində “Manhetten” sözü “çoxsaylı təpələr adası” mənasını verir.
New-York – dünyada polşalı əhaliyə sahib ən böyük şəhərdir (Varşavadan sonra).
Şəhər əhalisinin demək olar ki, yarısı məişətdə ingilis dilindən istifadə edir.
New-York-da Walmart mağazası yoxdur.
New-York-da digər Asiya ölkələrində olduğundan daha çox çinli və İsrail sərhədlərindən kənarda istənilən şəhərdə olduğundan daha çox yəhudi yaşayır.
Hər 38-ci amerikalı New-York-da yaşayır.
Dünyada qızıl külçələrinin 25%-i Wall-Street anbarlarında (Federal ehtiyat bankında) saxlanılır.
Hər bir 21-ci new-york-lu milyonçudur.
Şəhərə Cənub qütbünə yağdığından təqribən 15 dəfə artıq qar yağır.
Eynşteynin gözləri şəhərdə mövcud seyflərdən birində saxlanılır.
Empire State Building özünün poçt indeksinə sahibdir.
New-York-da 800 dildə danışılır ki, şəhər bu göstərici ilə dünyada ən böyük dil müxtəlifliyinə sahibdir
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 388
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri