Norveç haqqında

Müəllif: Totu
Şərhlər: 6
Baxılıb: 3 317
Səs ver:
(səs: 0)
Norveç haqqında1. Norveç bir çox enerji resursları ilə zəngindir. Həmin resurslardan düzgün istifadə sayəsində norveçlilər dünyanın ən imkanlı milləti hesab olunurlar. Bu çox da məlum olmayan bir fakt ilə bağlıdır: belə ki, dövlət kifayət qədər böyük torpaq sahəsinə və xaricdə daşınmaz əmlaka malikdir.

2. Norveç əhalisinin sayı 5 milyondan çox deyil. 1,5 milyondan çox insan isə Oslo və onun ətraf rayonlarında yaşayır. Əhalisinin sayı 30 mindən çox olan şəhərlər böyük şəhər hesab olunur.

3. Norveç – çox bahalı ölkədir. Yerli supermarketlərdə €200 xərclədiyinə baxmayaraq, elə də mühüm heç nə almış olmayacaqsan. Burda xidmətlər (tikinti, taksi) hədsiz bahadır. Benzinin 1 litri 2 dollardır. Avtonəqliyyat vergiləri də kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan Statoil və Shell kimi nəhəng şirkətlər Norveç mənşəlidirlər.

4. Avropanın ən bahalı hamburqerləri Norveçdədir. Ona görə də “fast-food” restoranlarından birinə başa çəkmək sizə baha başa gələcək.

5. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli İnternet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir.

6. Digər Avropalılarla müqayisədə norveçliləri mini-oliqarx hesab etmək olar. Norveçdə orta əməkhaqqı €5-7 mindir. Ona görə də norveçlilər üçün yerli qiymətlər normal olduğu halda, gəlmələr üçün yolverilməz hesab olunur.

7. Norveçdə alkoqol çox bahadır. Araq butulkasının dəyərinin €70-100 olması normal hesab olunur. Tünd spirtli içkilər müstəsna olaraq, restoran, bar və dövlətin xüsusi Vinmonopolet mağazalarında satılır.

8. Ferma yaxınlığında olan kənd yollarının üstündə qiymət yarlıqları olan tərəvəz və meyvə masalarına tez-tez rast gəlmək olar. Yanında isə tərəzi, qablaşdırmaq üçün paket və pul bankası olur. Bu inama əsaslanan özünəxidmətin bir növüdür.

9. Yerli banklarda çox asanlıqla iri kreditləri 3-4%-lə əldə etmək mümkündür. Dövlət əhali yönlü siyasət yürüdür. Buna görə də norveçlilər karyera və daha zəruri xərclər də daxil olmaqla həyatlarını on il əvvəldən planlaşdıra bilirlər.

10. Dövlət davamlı olaraq, əhalinin məşğulluğunu təmin edir. Məsələn, şəxsi biznesin müxtəlif sahələri üçün dotasiyalar verir. Xüsusi şirkətin qeydiyyatdan keçməsi prosedurası kifayət qədər sadədir. Buna baxmayaraq, yüksək vergi ödəməyə də hazır olmaq lazımdır.

11. Son zamanlarda hökumət başqa ölkələrdən gələn immiqrantlara qoyduğu kvotanı qaldırıb. Onların əksəriyyəti inteqrasiya olmaq istəmir, Norveç dilini öyrənmir, özlərini ədəbsiz aparır, müəyyən qruplara daxil olur, işləmək istəmir və mövcud sistemi istismar edirlər.

12. Gənc norveçlilər adətən qanunların son dərəcə çox olmasından, darıxdırıcı həyat, ağır iqlim və yüksək qiymətlərdən şikayətlənirlər. Lakin bununla yanaşı onlar özləri və öz ölkələri ilə fəxr edirlər.

13. Norveçdə avianəqliyyat qiymətləri son dərəcə ucuzdur. Buna baxmayaraq, xidmətin keyfiyyəti digər Avropa analoqlarından daha üstündür. Oslodan Amsterdama bilet cəmi €35-dur.

14. Siqaretlərə yüksək qiymət qoymaqla bununla mübarizə aparırlar. Bir çox norveçlilər tütünü briketlərdə əldə edirlər və özləri düzəldib çəkirlər.

15. Avtonəqliyyat əsasən dizel yanacağı ilə işləyir. Avtomobilin kirayə haqları Avropada mövcud olan orta qiymətlərdən 2-3 dəfə yüksəkdir. Norveç yollarında demək olar ki, bahalı avtomobil yoxdur.

16. Norveçdə gümüş ucuzdur, gümüşdən hazırlanan məmulatların keyfiyyəti isə yüksəkdir.

17. €50-dən yuxarı alış-verişə tətbiq olunan “tax-free” turistlərə pullarına 30% qənaət etməyə imkan verir.

18. Elektrik qiymətləri isə Norveçdə çox bahadır. Orta statistik ailə ay ərzində elektrik enerjisinə €1 min ödəyə bilər.

19. Əksər norveçlilər sadə, lakin çox rahat evlərdə yaşayırlar. Adətən onlar göy-ağ və ya qırmızı rənglərdə boyanır. Evin damında istiliyin saxlanması üçün təbii otlardan ibarət qazon yerləşdirilir.

20. Büdcəyə daxil olan dövlət gəlirlərinin əsas hissəsini neft məhsullarının satışından daxilolmalar təşkil edir. İqtisadiyyatın digər vacib sahələri kimi dəniz vətəgələri, mühəndis-texniki işlər, gəmiqayırma və dərin platformaların tikintisini misal göstərmək olar.

21. Daha nüfuzlu təhsil müəssisələri – texniki universitetlər, neft-qaz institutları və dəniz akademiyasıdır.

22. Norveçlilərdə şəxsi mülkiyyətə hörmət hissi çox inkişaf edib. Ona görə də gündüzlər şəhərkənarında heç kim evlərinin qapılarını bağlamır.

23. Norveçdə siqaret kötüklərini yolun ortasına atmırlar. Eləcə də əgər siz yoldaşınızla siqaretinizdən bölüşmüsünüzsə, o bunu mütləq geri qaytarmağa çalışacaq.

24. Burda dilənən kasıblara rast gəlmək çətin məsələdir. Demək olar ki, onların çoxu immiqrantlardır. Ötən əsrin 90-cı illərində heç bu cür hallar da yox idi.

25. Pişikləri boynundan tutmaq qadağandır. Bu qaydaya əməl etməsəniz haqqınızda məhkəmədə iddia açılıb, pul cəzası ala bilərsiniz.

26. Hər yerdə spirtli içki tapa bilməzsiniz. Norveçdə hər şəhərdə bir neçə dənə olan və “Vinmonopolet” adı verilən dükanlardan spirtli içki ala bilərsiniz.

27. İçkili halda avtomobil idarə edənlərə həbs cəzası verilir. Norveçdə içkili halda sükan başında tutulsanız; 30 gün həbs cəzası, 1 illik sürücülük vəsiqəsinin alınması və aylıq gəlirinizin 10% -i qədər bir cəzaya məhkum olarsınız.

28. Bazar günləri alış-veriş edə bilməzsiniz. Norveçdə bazar günləri supermarketlər bağlı olur. Mütləq şəkildə bir şey almalı olsanız, bu ehtiyacınızı benzin stansiyalarındakı dükanlardan qarşılaya bilərsiniz.

29. İsveçdən alış-veriş edərlər. Norveçdə xüsusilə qida məhsullarının qiymətləri çox yüksək olduğu üçün norveçlilərin bəziləri bu ehtiyaclarını İsveçdən qarşılayırlar.

30. Norveçdə irili xırdalı 450,000 göl vardır.

31. İtləri qısırlaşdırmaq qadağandır. Hər hansı bir sağlamlıq zərurəti yoxdursa, ya da heyvanın həyat keyfiyyətini artırmayacaqdırsa Norveçdə itinizi qısırlaşdıra bilməzsiniz.

32. Norveçdə 20,000 km uzunluğunda sahil vardır. Norveçlilər hər yerə yüksək mərtəbəli göydələnlər tikməyə hələ kəşf etməyiblər.

33. Olduqca sakit xalqdır. İkinci Dünya müharibəsindən bu yana Norveçdə öldürülən polis sayı 10’dur.

34. Krallıqla idarə olunan digər ölkələrin kralları “king of Great Britain”, “King of Sweden”, “King of Denmark” şəklində adlandırılarkən, Norveçdə bu ünvan, ölkənin krala deyil də, kralın ölkəyə aid olduğunu göstərmək üçün “Norway s King” olaraq adlandırılır.

35. Əslində Suşinin vətəni Norveçdir. Yaponlara Somon balığından suşi hazırlamağı 80-ci illərdə öyrədən Norveçlilərdir.

36. Bir çox ünsürüylə keyfiyyətli bir ölkədir. 2014-ci ildəki həyat keyfiyyəti indeksinə görə Norveç həyat standartı ən yaxşı olan ölkədir.

37. Xizəklə bağlı olan idman növlərinin vətəni Norveç hesab olunur. Xizək mənasını verən “ski” sözü Norveçdə “odun parçası” mənasını verir.

38. İnsanları nə qədər zəngin olsada dünyada qaz qiymətlərinin ən yüksək olduğu ölkə Norveç’dir. Galonu 10 dollardır.

39. Bir çox ölkə iddia etsə də, Afrika ilə Antarktikanın tam ortasında olan, üzərində canlı yaşamayan, buzla örtülü “dünya üzərindəki ən kimsəsiz ada” olaraq tanınan Bouvet Adası Norveçə aiddir.

40. İnsan Haqqları mövzusunda dünya standartlarının üstündədirlər. Norveçdəki hər məhkumun hücrəsindən internetə girmə, jurnal oxuma hüququ vardır.

41. Sənətə, sənətçiyə dəyər verən ölkədir. Norveçdə bir kitab nəşr etdirsəniz, ölkə daxilindəki kitabxanalara göndərmək üçün hökumət 1000 nüsxə satın alacaqdır.

42. Norveç kralı V. Olav, avtobus və metrolardan istifadə edib, bilet pulunu da öz cibindən ödəyirdi.

43. Norveç Kralı Herald, ömür boyu evlənməmək üçün and içsədə bir tacirinin qızı ilə evlənmiş, onu kraliçası etmişdir.

44. Norveçdə 12 yaşından kiçik uşaqların reklamlarda oynaması qadağandır.

45. 1814-1905-ci illərində İsveç və Norveç tək krallıq idi.

46. 2000-ci ildə Norveç 24.5 km-lik dünyanın ən uzun tunelini insanların istifadəsinə açmışdır.

47. Norveç təhsilə olduqca yüksək dəyər verir. Norveç universitetləri hər kəs üçün pulsuzdur, hətta xaricilər üçün belə.

48. Norveç, 2017-ci ildə FM radioları tamamilə bağlayaraq, rəqəmsal yayıma keçməyi planlaşdıran ilk ölkədir.

49. Norveçin orijinal adı, “Şimal Yolu” mənasını verən “Nordweg” dir.

50. Heyvanları çox sevirlər. 2008-ci ildə Norveçdə bir pinqvinə cəngavər ünvanı verilmişdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri