Dəmirçinin ibrətli hekayəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 672
Səs ver:
(səs: 2)
_Dəmirçi uzun illər cavanlıq edib gəzib-tozduqdan sonra bir gün özünə gəlir. Yaşayışın doğru olmadığını anlayıb tövbə edərək hər şeyi bir kənara qoyub Allahın yoluna qədəm qoyur. Amma bundan sonra da həyatı rahatlaşmır, əksinə problemləri, sıxıntıları günü gündən artmağa başlayır._

_Bir gün dostu onun emalatxanasına gəlib deyir:_

_" Vallah, səni süstləşdirmək və tutduğun bu yoldan çəkindirmək istəmirəm. Amma Allah yoluna qədəm qoyduqdan sonra lap pis sıxıntılara düşmüsən ki?!"_

_Dəmirçi bir söz deyə bilmədi. Çünki bir neçə müddət idi ki, bu sual onun da beynini qurclayırdı. Amma dostunun da sualını cavabsız qoymaq istəmirdi, sadəcə verəcək cavabı yox idi._

_Bir neçə saniyə sükut etdikdən sonra dəmirçi sanki istədiyi cavabı tapdı və belə dedi:_

_"Bilirsən, mənim yanıma xam polad gətirirlər, mənsə onlardan qılınc düzəldirəm. Əvvəl onları cəhənnəm kimi isti kürənin içərisinə salır közərənə kimi qızdırıram. Sonra ən ağır çəkicimi götürərək onu istədiyim şəkilə salmaq üçün döyəcləməyə başlayıram. Sonra bu qızarmış poladı soyuq suya salıram. Bəzən sanki poladın istidən soyuğa düşdüyü üçün necə sızıldadığını, nalə çəkdiyini eşidirəm"._

_Dəmirçi yenə bir neçə saniyə susdu və sonra sözünə davam etdi:_

_"Bəzən görürəm ki, bəzi poladlar bu əziyyətlərə dözmür və üzərlərində çatlar əmələ gəlir. Artıq bu poladlar gərəksiz olduqlarına və işə yaramayacaqlarına görə onları kənara atıram._

_Bəli, Allah bəzən məni "istiyə" salır və bəzən də möhkəm "döyəcləyir". Bəzən də həmin soyuq suya batırılan polad kimi nalə çəkirəm. Amma Allahdan təkcə istədiyim budur:_

_Allahım, istədiyin şəklə düşməyincə məndən əl götürmə. Məni istədiyin formaya salmaq üçün bəyəndiyin hər bir üsuldan istifadə et, nə qədər zaman lazımdırsa, məni döyəclə. Ancaq nə olar, məni gərəksiz polad kimi kənara atma!"_

_Subhanallah Allah bizi bagishlasin_
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri