Mətbəx sirrləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 825
Səs ver:
(səs: 0)
Mətbəx adətən xanımlar üçün ayrı bir dünyadır. Əgər mətbəxdə yenisinizsə və aşpazlıq əsərlərinizi peşəkarlıqla hazırlamaq istəyirsinizsə, aşpazların məsləhətlərini diqqətlə oxuyun:

Qızartma yeməklər hazırlayarkən, yağın tavadan sıçramaması üçün tavaya az miqdarda duz səpin.

Ətin üstünün qıp-qırmızı qızarması üçün ona bal çəkin, daha sonra qızartmağa başlayın.

Ciyərin zərif və yumşaq olmasını üçün onun üzərinə şəkər tozu səpin.

Yumurtanın qaynayarkən çatlamasını istəmirsinizsə, onu əvvəlcə soyuq suda yuyun.

Düyünün dən-dən olması üçün bişirməyə başlamazdan öncə düyünü yarım saat ərzində soyuq suda isladın.

Solmuş şüyüd və cəfərini canlandırmaq üçün göyərtiləri su və sirkə qarışımında saxlayın.

Kartof dilimlərinin qızararkən biri birinə və tavaya yapışmasını istəmirsinizsə, doğranmış kartofu yuyun və qurulayın. Beləliklə, kartof həm də xırt-xırt alınacaq.

Balığın köhnə olduğundan şübhə edirsinizsə, balıq dilimini su ilə dolu kasaya atın.
Balıq dilimi batsa təzə, üzdə qalsa isə köhnədir.

Göyərti doğrayarkən onun bıçağa yapışması sizi narahat edirsə, göyərtinin üzərinə az miqdarda duz səpin.

Çox sayda qaynadılmış yumurtaya ehtiyacınız olarsa, unutmayın ki, yumurtaları sobada da qaynada bilərsiniz. Necə? Sadəcə soba tavasının üzərinə qoyaraq.

Reseptinizdə mayonez var, soyuducuda isə yoxdur? Blenderdə 1 yumurta və 150 ml zeytun yağını qarışdıraraq mayonezi əvəz edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri