Ağcaqanad əleyhinə dərmanlar insana da ziyandırmı?

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 155
Səs ver:
(səs: 0)
Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.
Bu günə kimi məişətdə məxsusi olaraq ağcaqanadlara qarşı bir neçə "sınanmış vasitə" tətbiq olunsa da, etriaf etməliyik ki, onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.

Ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydalarıvar. Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləniisə xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır.
Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir? Hansı növ dərmanlar daha ziyanlıdır? Mövzu ilə bağlı ekspertlərin fikirini öyrəndik.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, həşəratlar əleyhinə olan dərmanlar insan orqanizminə bir o qədər də zərərlitəsir göstərmir: "Amma əgər evdəkörpə uşaq varsa, məsləhətdir ki, bu dərmanlardan mümkün qədər istifadə olunmasın. Çünki körpə uşaqların immun sistemi möhkəmlənməyib. Bu dərmanlar uşaqlarda ürəkbulanma, başgicəllənmə, qusmaya səbəb ola bilər. Böyüklərdə immun sistemi güclü olduğuna görə bu dərmanlarzərərli hesab olunmur. Allergiyası olan şəxslər də bu dərmanlardan istifadə edərkən ehtiyalı olmalıdırlar.
Ağcaqanad dərmanları orqanizmdə allergiyanın güclənməsinə səbəb olur. Ümumiyyətlə götürdükdə, istifadə formasından asılı olmayaraq, bütün növ həşərat dərmanları orqanizm üçün zərərli hesab oluna bilər".
M.Abbasova bildirdi ki, bu dərmanlardan mümkün qədər az istifadə etməyə çalışmaq lazımdır:
"Həşarat əleyhinə olan dərmanların kimyəvi tərkibi tam müəyyən olunmayıb. Ona görə də bütün ehtimalları nəzərə alıb mütləq özümüzü qorumalıyıq.
Valideynlərə məsləhətim odur ki, uşaqların otağında bu dərmanlardan qətiyyən istifadə etməsinlər. Çox vacib olduqda isə yaxşı olar ki, bu dərmanlar uşaq yatmazdan 3-4 saat əvvəl istifadə edilsin. Bir şeyi də nəzərəalmaq lazımdır ki, dərman istifadəolunan zaman uşaqlar otaqda olmamalıdırlar.
Ümumiyyətlə, məsləhətdir ki, dərman enerjidə taxılı olarkən otaqda heç kim olmasın. Çünki bu dərmanların həm də bakteriativ təsiri var".
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirdi ki, ümumiyyətlə götürdükdə, ağcaqanad dərmanları gündəlik istifadə zamanı bir o qədər də ciddi təhlükə törətmir:
"Lakin əgər evdə azyaşlı uşaq varsa, bu dərmanları nəzarətsiz şəkildə saxlamaq olmaz. Çünki uşaqlar həmin dərmanı bilməyərəkdən dişləyə, yaxud toz şəklində qəbul edə bilərlər. Lakin sprey, həb, yaxud tüstü şəklində yandırılan dərmanlar gündəlik istifadə zamanı zərərsiz hesab olunur. Həssas adamlarda, xüsusən ağciyər, nəfəs sistemində problemi olan şəxslərdə bu dərmanlar müəyyən qədər fəsadlara yol aça bilər".
Toksikoloqun sözlərinə görə, dərmanların mənfi təsiri ilə bağlı müraciətlər bir o qədər də çox olmur: "Təxminən qurumumuza ayərzində bir-iki müraciət daxil olur.
Ağcaqanad əleyhinə olan dərmanların konsentrasiyası, onların tərkibində olan kimyəvi maddələrin toksiki təsiri zəifdir. Ona görə də bu dərmanlar bir o qədər də təhlükəli hesab olunmur".
Nevropatoloq Rima İbadova isə dərmanların insanın sinir sisteminə vurduğu mənfi təsirlərdən söz açdı: "Yay aylarının gəlməsi ilə əlaqədar olaraq həşərat dərmanlarından geniş istifadə olunur. Lakin bu dərmanlar düzgün istifadə edilmədikdə, müəyyən ərazidə həddindən artıq istifadə olunduqda orqanizmə xeyli mənfi təsir göstərir.
Xüsusən dar otaqlarda gündəlik dərmanların istifadəsi həm böyüklərə, həm də uşaqlara çox zərərlidir. Uşaqların orqanizmi daha həssas olduğu üçün həşərat dərmanları onlara daha toksiki təsir göstərir. Dərmanların tərkibində ziyanlı maddələr, xüsusən də fosfor birləşmələri mövcuddur.
ABŞ alimlərinin apardığı tədqiqatlara görə, bəzi maddələr uşaqlarda diqqət əskikliyi və hiperaktivlik formalaşdıra bilir. Hətta bu dərmanlar uşaqlarda bu sindromların yaranma ehtimalını bəzən üç dəfəyə qədər artırır".Müsahibimizin sözlərinə görə, ağcaqanad dərmanlarının tərkibində toksiki maddələr daha sıxdır: "Xüsusən də tüstü şəklində yandırılan dərmanlarda toksiklik dərəcəsi daha çoxdur. Onların tərkibində xüsusi maddələr var ki,həmin maddələr insanın daha çox sinir sisteminə mənfi təsir göstərir.
Həşərat dərmanlarındanzəhərlənmə zamanı ürəkbulanma, mədə ağrıları, halsızlıq, iştahasızlıq, müxtəlif dəri səpkiləri müşahidə olunur. Dərmanlar sinir sisteminə toksiki təsir göstərdikdə isə yuxululuq və yaxud da ayıqlıq (ajiotaj) baş verir. Bundan başqa, zəhərlənən insanın orqanizmində əzələ ağrıları da yaranır. Bəzən ağır reaksiyalar hətta qıcolmaya qədərgətirib çıxara bilir".
R.İbadova həşəratlar əleyhinə olan dərmanlardan mümkün qədər istifadə etməməyi məsləhət gördü: "Dərmanların toksiki tərkibinin xüsusi bir fərqi yoxdur. Həşərat dərmanlarının tərkibində sinir sisteminə mənfi təsir göstərən maddələrin miqdarı eynidir. Dərman ağcaqanadı necə öldürürsə, insanın sinir sisteminə də eyni cür təsir göstərir. Ona görə də ağcaqanad dərmanları insanda halsızlıq, süstlük və s. şəkildə özünü büruzə verir".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri