Keyfiyyətsiz yuxu nələrə səbəb ola bilər?!

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 512
Səs ver:
(səs: 0)
Cənubi Koreyanın Seul Tibb Universitetinin alimləri insanların ən azı 7 saat tam rahat yatmasının orqanizm üçün çox faydalı olduğunu söyləmiş və 7 saatdan az və keyfiyyətsiz yuxunun insan orqanizmi üçün müxtəlif xəstəliklərə səbəb olacağını söyləyirlər.
Mütəxəssislər az və keyfiyyətsiz yuxunun orqanizm üçün patoloji problemlərə səbəb olduğunu söyləyirlər. Əslində alimlər keyfiyyətsiz yuxunun orqanizmdə müxtəlif səbəblər üzündən baş verdiyini qeyd edirlər.

Qadınla.Com bildirir ki, mütəxəssislər 47000 adam arasında araşdırma aparmış və yuxu pozğunluqları olan adamların əksəriyyətinin koronar arteriyalarında patologiya olduğunu qeyd etmişlər.
Koronar arteriyalarda patologiyaların əmələ gəlməsi orada kalsiumun qeyri-normal olması ilə əlaqədar ola bilir. Bu da arteriyalarda işemiyanın və ürək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
Araşdırmalar sutkada 5 saat və ondan az yatan adamlarda arteriya damarlarının patologiyası 7 saat yatanlardan 2 dəfə çox olduğunu göstərmişdir.
Müxtəlif araşdırmalar sağlam həyat tərzi keçirmək istəyənlərə gün ərzində ən azı 9 saat yuxu yatmağı məsləhət bilirlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri