Uzun və sağlam yaşamaq nə dərəcədə insanların özündən aslıdır?

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 275
Səs ver:
(səs: 0)
Dünyanın hər yerində insanlar qocalmağa qarşı mübarizə metodları seçirlər. Xarici ölkələrdə yaşlı insanlar, təqaüdçülər daha çox səyahətə çıxırlar. Əl-ələ tutub muzeyləri, tarixi məkanları gəzir, günəşli sahillərdə dincəlir, xizəksürmədən, piyada turizmindən və s. zövq alaraq həyatlarını davam etdirirlər. Əlbəttə, qocalığı əngəlləmək üçün dövlətlərin, həmçinin vətəndaş cəmiyyətlərinin həyata keçirdiyi müxtəlif proqramlar da var. Bütün bu tədbirlərlə bərabər, insanların öz ruhlarını gənc saxlamaq istəyi də önəmlidir.

Cavanlaşan qocalıq yaşı
Əlbəttə, yaşlanmağın qarşısını almaq çətindir. İllər keçdikcə insanın orqanizmi, əsəb sistemi və orqanları cavanlaşmır, əksinə, tədricən qocalır. Hətta zaman gəlir ki, insan işləmək qabiliyyətini itirir. Amma bu o demək deyil ki, həmin müddətdə əl-qolunu yanına sallayıb yaşamaq lazımdır. Xüsusən praktiki tibb və elmin insanın tərəfində olduğu bir vaxtda. Təsadüfi deyil ki, insanlar son yüz il ərzində çox yaşamağa başlayıblar. Alimlər müəyyənləşdiriblər ki, son iki yüzillikdə insanların boyu da 7-8 sm artıb. Hazırda qadınların orta boyu 165-175 sm, kişilərinki 170-180 sm təşkil edir. Tədqiqatçıların proqnozuna görə, bu hələ son hədd deyil. Belə ki, 2000-ci ildən etibarən doğulan nəsillər bəşəriyyət tarixində ən yüksək boylu ola biləcəklər. Bu yaxınlara qədər «təqaüdçü» və «qoca» sözləri arasında bərabərlik işarəsi qoyulurdusa, indi 55 yaş, necə deyərlər, ən cavan təqaüdçü yaşıdır – onlar üçün həyat yenicə başlayır. Ruslar bioloji yaşa münasibətdə optimistdirlər. Onlar hesab edirlər ki, qocalıq 80 yaşdan sonra başlayır. Qocalıq dövrünün 70-79 yaşdan, o cümlədən 40-49 yaşdan başladığını bildirənlər də var. Sonuncular sorğuda iştirak edənlərin yalnız 1 faizini təşkil edirlər. Rusiya Tibb Elmləri Akademiyası insanın bioloji yaşında gözlə görünən dəyişikliklərin olduğunu iddia edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu faktı təsdiqləyib. Təşkilatın təsnifatına görə, müasir insan 25 yaşdan 44 yaşa qədər hələ cavan sayılır. 44-dən 60-a qədər orta yaşın təmsilçisi, 60 yaşdan 75 yaşa qədər yaşlı, 75-dən 90 yaşa qədər isə qoca nəslin nümayəndəsi hesab olunur. 90-nı adlayanlar isə uzunömürlü sayılırlar. ÜST-ün təsnifatına inansaq, qocalıq yaşı əhəmiyyətli dərəcədə cavanlaşıb.

Müxtəlif faktorlardan doğan səbəblər
Cəmiyyətin yaşla bağlı mənzərəsi isə fərqlidir. Ümumilikdə, cəmiyyət səylə qocalmaqdadır. Bu o deməkdir ki, adamlar daha çox xəstəliyə düçar olur, yoxsulluqdan əziyyət çəkir, problemlərin məngənəsində sıxılırlar. Düzdür, təkcə yaşlılar deyil, cavanlar, həmçinin uşaqlar da xəstələnirlər. Bu isə təkcə genetik faktorlardan deyil, həyat tərzindən, məişət şəraitindən, vərdişlərdən, zərərli iş xarakterindən, qidanın keyfiyyətindən, yaxın adamların münasibətindən – bir sözlə, müxtəlif faktorlardan asılıdır.

Həkimlər qocalığı maddələr mübadiləsinin pozulması, hormon sisteminin zəifləməsi, əzələlərin deqradasiyası, toxumalarda birləşdirici elementlərin strukturunun azalması ilə əlaqələndirirlər. Mütəxəssislər «erkən qocalmaq istəmirsinizsə, erkən yaş xəstəlikləri ilə mübarizə aparmaq lazımdır» – deyə tövsiyə etməkdə davam edirlər. Orqanizmin cavan qalması üçünsə mümkün qədər nasazlıqdan uzaq olmalı, xroniki xəstəliklərlə mübarizə aparmaq, daxili vəziyyətə nəzarəti gücləndirmək lazımdır. Bu həm də gələcəkdə əlillikdən qaçma şansıdır.

Rusiyanın məşhur fitoterapevti Sergey Truşevin fikrincə, yaşlı adam üçün həyat tərzi böyük rol oynayır. Belə ki, o, aktiv məşq etməli, gün ərzində saatyarım gəzməli, su prosedurları ilə məşğul olmalı – basseyndə üzməli, duş qəbul etməlidir. “Yaşlılar gərgin məşqləri həkim məsləhəti ilə yerinə yetirməlidir. Yeməyə nəzarət isə bu yaşda mühüm rol oynayır. Yaşlılar üçün pəhrizin böyük əhəmiyyəti var. Süd, bitki mənşəli qidalardan, tərəvəz məhsullarından daha çox istifadə etməlidirlər. Çay, kofe yalnız səhərlər və az miqdarda qəbul edilməlidir. Şokolad və kakaodan imtina vacib şərtdir. Yaddan çıxarmaq lazım deyil ki, yeməkdən yalnız 40 dəqiqə sonra uzanmaq olar. Yatmağa minimum iki saat qalmış yemək məsləhət deyil, mümkün qədər artıq çəkidən xilas olmaq lazımdır”. Professor yaşlanmada insanın əsəb sisteminin də böyük rol oynadığını bildirir, Belə ki, yaşlı adamlar mümkün qədər sakit, həyatsevər olmalı, kiməsə, nəyəsə bağlanmalıdırlar. Fərqi yoxdur – övladlarına, nəvələrinə, poeziyaya, teatra. Belə olanda, qocalığı həqiqətən kənarlaşdırmaq olar. Bu üsullarla infarkt və insult kimi geniş yayılmış xəstəliklərdən də qaçmaq mümkündür”. Professor bildirir ki, həmçinin indi həyatımızın ayrılmaz hissəsinə çevrilən kompyuter, mobil telefonlardan gün ərzində 2-3 saatdan, fasilələrlə 15 dəqiqədən artıq istifadə etmək olmaz: “Onların şüasının da fəsadları çoxdur. Əgər təbii yollarla qocalıqdan yayınmaq mümkündürsə, dərmandan istifadəyə ehtiyac qalmır”.

Hərəkətsizlikdən uzaqlaşmaq, keyfiyyətli qida…

Bizim həkimlər də rus həmkarları ilə təxminən eyni fikirdədirlər. Sadəcə, yaşam standartlarının, həyat tərzinin fərqliliyi mövcuddur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 275
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri