Mətbəx təmizliyində işinizə yarayacaq faydalı məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 070
Səs ver:
(səs: 0)
Süngərlərdən birinin küncünü kəsin. Beləliklə, hansının qablar üçün hansının təmizlik üçün olduğunu asanlıqla ayırd edə bilərsiniz.

Budilnik qurun. Məsələn qab-qacaqları yumaq üçün özünüzə 20 dəqiqə tanıyın və işinizi bu müddətdə edin. Əgər həyəcan çalmadan işiniz bitsə də, nə xoşbəxt sizə, başqa bir şeyə ayırmaağa boş vaxtınız oldu.

Əldə yuduğunuz qabları, qurutmaq üçün ayrı bir boşqab səbəti istifadə etmək əvəzinə qabyuyan boş rəflərindən birinə yerləşdirin. Beləliklə, boşqabları üst-üstə yığmanıza da ehtiyac qalmaz.

Limon, kartof, soğan kimi məhsulların içində satıldığı torları atmayın. İçlərinə bir parça süngər yerləşdirib ağızlarını bağladıqda, bu parçaları qazan sürtmək üçün istifadə edə bilərsiz.

Xüsusilə suları kirəcli bir ərazidə yaşayırsınızsa qabyuyan maşının içinə bir qab sirkə yerləşdirin. Maşını həmişəki kimi işlədin. Sirkə suyun kirəcini parçalayacaq və qabların parlaq olmasını təmin edəcək.

İçi emallı qazanınızı təmizləmək üçün karbonat istifadə edin. Qaynamış suya bir az karbonat əlavə edib qarışdırsanız qazanınızı asanlıqla təmizləyəcəksiz. Lazım gəlsə bir taxta qaşıqla qurumuş yemək qalıqlarını da qazıya bilərsiz.

Gümüşlərinizi təmizləmək üçün alüminium folqadan faydalanın. Folqa qabın içinə karbonat, duz və qaynar su əlavə edin. Gümüşlərinizi içinə qoyduqda qısa müddət içində tərtəmiz olacaqlar.

Qəhvə fincanlarının dibinə yerləşmiş ləkələri təmizləmək üçün də karbonat faydalıdır. Fincanın dibinə karbonatı qoyun, üzərinə bir neçə damcı su qoyun və fırçalayın. Karbonatın təsiriylə ləkələr bir neçə dəqiqə içində təmizlənəcək.

Karbonatı istifadə edə digər bir yer də əlüzyuyanlardır. Əlüzyuyandan pis bir qoxu gəlirsə əvvəl bir miqdar isti suyu vannaya tökün. Üzərinə bir fincan qədər karbonat və bir fincan limon suyu boşaldın. Bu ikisi əluzyuyanda qoxuya səbəb olan qalıqları təmizləyəcək.

Tökmə dəmir tavanız paslanıbsa kartof istifadə edərək təmizləyə bilərsiz. Kartofu ikiyə bölün. Kəsik hissəsini qab yuyucu və ya karbonata batırın və paslanan bölgəyə sürün. Əgər kəsdiyiniz qism yumşalmağa başlayarsa, o ucu kəsib eyni hərəkəti təkrar edin.

Mətbəxdə bir qutu təbaşir alın. Əgər paltarınıza yağ damcılayıbsa əvvəl kağız dəsmalla ləkəli bölgəni qurulayın. Sonra da üstünə təbaşir sürün. Təbaşir tozu yağı tamamilə soracaqdır. Geyimlərinizi yumadan əvvəl təbaşirli bölgə ləkəçıxarıcı ilə xəfifcə sürtərsəniz ləkə qalmaz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri