Mürəbbə bişirmək üçün vacib ipucları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 177
Səs ver:
(səs: 0)
Hər şeydən əvvəl mürəbbə istifadə edəcəyiniz meyvələri mövsümündə yeyilən meyvələr olmalıdır. Əzilmiş, ya da büzüşmüş meyvələr istifadə edilməməlidir. Bu mürəbbənin pis görünməsinə səbəb olur. Meyvələr kənd təsərrüfatı dərmanlarından təmizləmək üçün bir saat sirkəli su da saxlanılmalıdır.

Bu prosesin ardından əgər mürəbbə edəcəyiniz meyvə sulu meyvə deyilsə şəkərin içində sulanılması gözlənməlidir. Ancaq meyvələriniz sulu isə şəkərdə saxlanmadan öz suyunu istifadə edərək mürəbbəni edə bilərsiz. Şəkərdə saxlanılan və suyunu salan meyvələrin üstünə su tökə bilərsiniz. Ancaq çox çox su tökməmək lazımdır ki, bu mürəbbənin dadını pozar.

Mürəbbə bişirmək üçün vacib ipucları

Mürəbbənin hazırlanma mərhələsində təmiz bir taxta qaşıqla qarışdırılmalıdır. Mürəbbə heç vaxt çox qaynatmaq olmaz. Bu mürəbbənin içindəki meyvələrin deformasiya olmasına səbəb olur. Deformasiya olan meyvələrin dadı və qaydası pozulur ki, bu da mürəbbə üçün arzuolunmaz bir haldır.

Artıq qatılaşan mürəbbə yanıq qoxsa bu da içindəki meyvənin ətrinin yox olmasına səbəb olur. Mürəbənin çox sulu olması da arzuolunmaz haldır. Çox maye olan mürəbbə tez pozulur və kif basır. Mürəbbə qaynayarkən üzərində qabarcıqlar əmələ gəlir, bu qabarcıqlar mürəbənin yanında gözləyərək hər dəfə təmizlənməlidir.



Mürəbənin şəkərlənməməsi üçün qaynayarkən içinə limon suyu sıxılmalıdır. Mürəbənin tam olaraq konsistensiyaya gəlib gəlmədiyini anlamaq üçün mürəbbə bir çay qaşığı götürüb bir çay qabının içinə damızdırır. Əgər mürəbbə ətrafa yayılmırsa lazımi konsistensiyaya gəlmiş deməkdir.

Mürəbbə bankalara soyumadan qoyulmamalıdır. İsti olaraq bankalara qoyulsa bankada boş qalan yerlərdə tərləmə edər. Bu mürəbbənin pozulmasına səbəb olur. Bankalara qoyulan mürəbbə ağzı çox sıx bir şəkildə bağlanılmalıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri