Qəbizliyin ən təhlükəli fəsadı

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 935
Səs ver:
(səs: 0)
Rusiya qastroenteroloqlar assosiasiyası alimləri sübut edir ki, xroniki qəbizlik yoğun bağırsaq xərçənginin riskini 4 dəfəyə (!) qədər artırır.

Yoğun bağırsaq orqanizmdən toksiki və kanserogen maddələri ifraz edən əsas orqandır. Bu maddələr bağırsaqdan hər gün xaric olunmalıdır. Qəbizlik zamanı bağırsaq vaxtında boşalmır, zəhərli maddələr burada yığılaraq bağırsağın divarının sağlamlığına mənfi təsir edir. Bu isə bağırsağın iltihabi xəstəlikləri və bağırsaq xərçənginin riskini artırır. Nəzərinizə çatdıraq ki, bu tez-tez təkrarlanan xroniki qəbizliyə aiddir.

Alimlərin fikrinə görə, bağırsaqların normal işləməsi üçün insan hər gün 500 qr meyvə və tərəvəz yeməli, kifayət qədər su içməlidir.

Tanınmış qastroenteroloq professor Şemerovskiy qeyd edib ki, hər gün səhər yeməyindən sonra böyük bayıra çıxmaq yoğun bağırsağın sağlamlığı üçün ən vacib amildir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri