İnadcıl ləkələr necə təmizlənməli?– SADƏ VARİANTLAR

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 581
Səs ver:
(səs: 0)
Nə qədər diqqətli olursanız olun, kreslolarınızı qida ləkələrinə qarşı qoruya bilməyəcəksiz. Hər an çay, meyvə şirəsi, qəhvə ya da meyvə ləkəsi düşə bilər.  Belə bir vəziyyətlə qarşılaşdığınızda narahat olmayın. Hər cür parçadan inadcıl ləkələri təmizləməyin çox asan yolu var.Qadınla.Com saytı  evdar qadınların həyatını qurtaracaq bəzi məsləhətləri təqdim edir.

Pambıq və kətan parçalar
Bir yemək qaşığı ağ sirkəni üçdə iki nisbətində spirtlə qarışdırın. Bu qarışığı püskürtmə şüşəsinə töküb ləkənin üzərinə püskürdün. Bütün mayeni canına çəkənə qədər gözləyin və təmiz bir bezlə qurulayın.

Dəri parçalar
Ləkəyə qabartma tozu, qarğıdalı nişastası və ya qarğıdalı unu səpin və 15 dəqiqə gözləyin. Daha sonra silin.

Mikrofiber parçalar
Mikrofiber kresloların təmizlənməsi digərlərinə görə bir az daha çətindir. İstifadə edəcəyiniz üsul mikrofiberin növündən asılıdır. Əgər etiketdə ‘W’ hərfi varsa, maye tərkibli təmizləyicidən istifadə etməlisiz. Bu halda ləkələri pambıq parçalarda tətbiq olunan üsulla çıxara bilərsiniz. Əgər etiketdə ‘S’ hərfi varsa, su əsaslı qarışıqdan istifadə etməyin. Bunun yerinə ləkəni spirtlə təmizləyin. Ləkələri çıxartmaq üçün köhnə diş fırçasından istifadə etmək işinizi yüngülləşdirəcək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri