Toyuq, Ördək, Qaz, Bildirçin, Hinduşka yumurtalarının faydaları və fərqləri

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 4 261
Səs ver:
(səs: 1)
Toyuq yumurtası – ürək-damar sistemini qoruyur, sümükləri möhkəmləndirir. Orqanizm tərəfindən 97-98% mənimsənilə bilən az sayda qidalardan biridir, bağırsaqlarda şlak yaratmır. Toyuq yumurtasının sarısı D vitamini mənbəyidir.

Ördək yumurtası – Metabolizmanı sürətləndirir, immun sistemi gücləndirir, amin turşuları və minerallarla zəngindir. Ürək çatışmazlığı, iflic kimi xəstəliklərə tutulma riskini azaldır. Tərkibində yüksək miqdarda B12 vitamini var ki, bu da sinirləri gücləndirir və qırmızı qan hüceyrələrini dəstəkləyir. A vitamini ilə zəngindir və diabet riskini minimuma endirir.

Qaz yumurtası – Dəmir mənbəyidir. Dietik qidalardan hesab olunur. Qaz yumurtasının sarısında lüten maddəsi var ki, bu maddə ən güclü antioksidantlardan biridir.

Bildirçin yumurtası – Bütün növ yumurtalardan daha çox vitamin (A, B1 və B2) və mineral ehtiva edir. Müntəzəm istifadəsi mədə xorasının, qastritin, qan azlığının, astmanın, sətəlcəm, baş ağrısı kimi xəstəliklərin qarşısını almağa kömək edir.

Hinduşka yumurtası – 1 ədəd hinduşka yumurtasının tərkibində 10 q protein, 110 mq kalium, 120 mq natrium, 9% A vitamini, 8% kalsium və 18% dəmir mineralı var. İnkişaf çağında olan uşaqların ehtiyac duyduğu proteini qarşılaya bilir və uzunmüddətli toxluq hissi yaradır.

Toyuq, Ördək, Qaz, Bildirçin, Hinduşka yumurtalarının faydaları və fərqləri
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri