Yumşaq və zərif kotlet üçün sirlər

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 2 866
Səs ver:
(səs: 0)
Demək olar bütün ev xanımları kotleti hərə öz bildiyi yol ilə hazırlayır. Qadınla.Com kotletin hazırlanmasında hər bir evdar xanımın öyrənəcəyi sirləri təqdim edir.

Yalnız evdə çəkilmiş ət istifadə edin.Yaxşı olar ki, 2 müxtəlif növ ət qarışdırasınız: mal əti, hinduşka əti, quzu əti.
Kotletə yumşaqlıq və xəfiflik vermək üçün ət qiyməsinə xırda doğranmış soğan əlavə edin. Əvvəlcədən soğanı azca qızartmaq arzu olunandır.
Kotleti zərif etmək üçün təcrübəli ev xanımları ət qiyməsinə ağ çörək içi əlavə edirlər. Çörəyi hər hansı bir tərəvəzlərlə əvəz etməyi tövsiyyə edirik. Məsələn: kartof, kələm, yerkökü.

Təcrübəli evdar xanımlar ət qiyməsinə döyülmüş buz əlavə edir, tez qiyməni yoğurub, kotlet forması verib qızardırlar. Buz əriyən zaman onun yerində boşluq əmələ gəlir.Bu da kotletə əlavə olaraq həcm verir.
Kotletin orta hissəsinə kərə yağı qoyun, bu da kotletə yumşaqlıq verir.
Kotleti ərinmiş kərə yağında və ya bitki yağında bişirin. İlk öncə yüksək istilik üzərində. Qabıq əmələ gəldikdə ocağın altını azaldın. Kotletləri tez-tez çevirməyin.

İstəyə görə kotletləri çalınmış yumurta ağına bulaya bilərsiniz, onlar xüsusilə dadlı və yumşaq olacaq.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri