Paltaryuyan maşına sirkə tökün - 5 inanılmaz səbəbi

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 940
Səs ver:
(səs: 0)
Adi sirkənin sonsuz faydalarından xəbərdarsınızmı? O kafel, şüşə qablar, pəncərələr və s. materiallara əvəzsiz parlaqlıq qazandırır. Soda ilə qarışdırıldıqda mətbəx və hamam çanağı, kranı qüsursuz təmizləyir.
Bəs sirkəni paltar yuyan zaman paltaryuyan maşına töksək nə baş verər?
Sizə paltaryuyan maşına sirkə tökmək üçün 5 əsaslı səbəb gətirəcəyik. Sınamağa dəyər.

Paltarları yumşaltmaq üçün:
Sirkə yumşaldıcı təsirə malik olduğu üçün, onu çox bərk və qalın parçaların yumasında istifadə edə bilərsiniz.

Paltarlardan ləkələri çıxartmaq üçün:
Tər, yağ, meyvə ləkələrini hələ də bahalı vasitələrlə çıxardırsınız? Bu qədər pul xərcləməyə ehtiyac yoxdur. Öncə sirkəni paltarın ləkələrinə , sonra isə yuyan zaman 50 ml miqdarında paltaryuyan maşının təmizləyici toz üçün nəzərdə tutulmuş gözünə tökün. Gözlənilməz nəticəyə nail olun.

Zolaqlı paltarların rənginin qarışmaması üçün:
Bəzən müxtəlif zolaqları olan çamaşırları yuduqdan sonra, rənglər qarışdığından , bir daha geyinmək istəmirik. Bunun da çözümü sirkədir. Belə paltarları da, yuyarkən sirkə əlavə edin, və zolaqların rəngini özünə qaytarın.

Paltardakı pas ləkələrini təmizləmək üçün:
Sirkə həmçinin paltarları ərp və pas ləkəsindən təmizləyir. Narın dəniz duzu və sirkədən ibarət məhlul hazırlayın. Paltarın üzərinə sürtüb, bir müddət saxladıqdan sonra, adı qaydada paltaryuyan maşında yuyun.

Paltaryuyan maşına ilk günkü təmizliyi qaytarmaq üçün:
Bundan əlavə paltaryuyan maşının boş barabanına 50ml sirkə və 1 ç/q limon duzundan ibarət məhlul töküb, işə salsanız, maşının içərisi, ilk günkü kimi təmiz, passız və ərpsiz olacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri