Soyuqdəymə zamanı bal antibiotikdən faydalıdır

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 1 346
Səs ver:
(səs: 0)
Buruntutulması, öskürək və boğazağrısı zamanı bal ən yaxşı vasitəyə çevrilə bilər.Bu qənaətə Oksford Universitetinin alimləri gəliblər.

Bəzi hallarda həkimlər balı dərmanın alternativi olaraq tövsiyə edirlər. Çünki bu vasitə həmişə əlçatandır və yan təsirləri yoxdur. Uşaqlara tez-tez soyuqdəymənin ilk əlamətindəcə bal verirlər, ancaq onun böyüklərdə yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı səmərəliliyi araşdırılmayıb.

Bildirilib ki, alimlər tibbi məlumat bazasını incələyiblər və toplam 1 761 iştirakçısı olan 14 kliniki eksperiment tapıblar.

Məlum olub ki, balın istehlakı xəstəliyin bir sıra əlamətlərini yumşaldıb, xüsusilə öskürəyin mütəmadiliyi və sərtliyini. Bir neçə araşdırmadan bəlli olub ki, xəstəliklərin simptomları 1-2 gün daha öncədən bitib. Ancaq tədqiqatçılar qeyd ediblər ki, yalnız iki eksperimentdə mümkün plasebo effekti nəzərə alınıb.

Müəlliflər bildiriblər ki, yuxarı tənəffüs yollarının xəstəlikləri çox vaxt virusdan qaynaqlanırlar, bu üzdən antibiotikdən istifadə səmərəli və lazım olmaya bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri