Musiqi sədaları altında işləməyin FƏSADLARI

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 1 717
Səs ver:
(səs: 1)
Bəs hansı zamanlarda istifadə etmək düzgündür?
Uzaqdan iş rejimində musiqi sədaları altında işləmək konsentrasiyanın və məhsuldarlığın azalmasına, həmçinin apatiya və depressiyaya səbəb ola bilər.

Bu barədə Moskva Dövlət Psixologiya və Pedoqogika Universitetinin professoru Marina Rosenova xəbərdarlıq edib.

O, qeyd edib ki, bu xüsusən yüksək konsentrasiya, intellektual səy, qeyri-standart həllər və yaradıcılıq tələb edən fəaliyyətlərə aiddir.

“İş zamanı musiqi həddindən artıq yüklənmə, əsəbilik, məyusluq və mənfi hallara da yol aça bilər”, - deyə o, əlavə edib.

Onun sözlərinə görə, musiqidən hazırlıq və işə başlama mərhələsində istifadə etmək yaxşıdır.

Professor vurğulayıb ki, bəzən təbiət səslərini və ya sözsüz instrumental melodiyaları dinləmək olar.

“Ancaq monoton işin keyfiyyəti musiqi köməyi ilə yaxşılaşdırıla bilər. Eyni tipli hərəkətləri musiqi müşayiəti ilə yerinə yetirmək daha asandır”, - deyə Marina Rosenova sözlərini yekunlaşdırıb.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri