Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 2 202
Səs ver:
(səs: 0)
Kifin ən çox sevdiyi yerlərdən biri də paltaryuyan maşının rezinidir.
Çünki məhz burda onun yaranıb, yayılması üçün rütubətdən tutmuş, isti temperaturadək bütün şərtlər var.
Ən sadə məhlulun köməyilə paltaryuyan maşınınız ilk günkü təmizliyinə geri dönəcək.

Lazım olanlar:
- tərkibində xlor olan təmizləyici vasitə
- 25 qr limon duzu
- qalın rezin əlcək
- süngər

Hazırlanma və istifadə qaydaları:
Öncə maşının içərisini və rezinini quru parça və ya salfetlə silin. Sonra xlorlu təmizləyici vasitəni rezinin içərisinə hərtərəfli töküb, süngərlə sürtün. Paltaryuyanın qapağını bağlayıb, 2 saat saxlayın. Sonra "Yaxalama" funksiyasını qoşub, içiboş maşını işə salın. Sonra limon duzunu təmizləyici toz üçün nəzərdə tutulmuş gözə töküb, maksimal istilik funksiyasını qoşun. Yenidən boş paltaryuyan maşını işə salın.
Sonda isə nəzərinizə çatdıraq ki, bu problemlə qarşılaşmamaq üçün. Paltaryuyanın rezinini hər dəfə paltaryuduqdan sonra quru dəsmal ilə silin. Qapısını açıq saxlayın və iki aydan bir bu üsuldan istifadə edin
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri