Bal antibiotiklərdən güclü çıxdı – Öskürək, boğaz ağrısında istifadə edin

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 1 112
Səs ver:
(səs: 0)
Əsrlər ərzində insanlar soyuqdəymə, öskürək, boğaz iltihabı zamanı baldan istifadə edirdilər. Yeni elmi araşdırma təsdiq edib ki, bal bu pozulmalar zamanı antibiotiklərdən də yaxşı effekt verir.

Mütəxəssislər həkimlərə daha yüngül hallarda pasiyentlərinə antibiotikləri deyil, balı “təyin etməyi” tövsiyə edirlər.

Bu həmçinin bütün dünyada antibiotiklərə qarşı rezistentliyin artması probleminin həllində də yardım edə bilər. Antibiotiklərin tez-tez və nəzarətsiz qəbulu nəticəsində mikroblar onların bir çoxuna qarşı həssaslığını itirib, yəni antibiotiklər bəzi mikrob ştamlarına artıq təsir etmir. Alimlərin fikrinə görə, bu vəziyyət dəyişilməzsə, gələcəkdə insanlar mikroblara qarşı müdafiəsiz qalacaqlar.

Oksford Universiteti (Böyük Britaniya) ekspertləri yeni araşdırma zamanı aşkar ediblər ki, bal öskürək əleyhinə və boğaz ağrısını kəsən dərmanlardan daha effektlidir. Belə ki, bal dərmanlarla müqayisədə öskürəyi və boğaz ağrısını 44% daha tez müalicə edir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri