Bu da sizə təbii antibiotik - Bal

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 148
Səs ver:
(səs: 0)
Dünyanın ən prestijli universiteti sayılan Oksfordun araşdırmasına görə, bir qaşıq bal, bütün antibiotiklərdən daha çox faydalıdır.
İngiltərədəki Oksford Universiteti tərəfindən aparılan bir araşdırma, bir qaşıq balın bazarda mövcud olan bütün antibiotiklərdən daha faydalı olduğunu ortaya qoyub. Tədqiqatçılar balın yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı antibiotik və ağrı kəsicilərinə nisbətən daha təsirli olduğunu araşdırıblar. Bundan əlavə, aparılan araşdırmalara görə, balın bəzi hallarda müalicə müddətini 2 günə endirdiyi və öskürəyi 50 faiz azaltdığı məlum olub. Bu dəyərli məlumat, balın öskürək, soyuqdəymə və burun tıxanıqlığına qarşı antibiotiklərdən daha təsirli olduğunu ortaya qoyub.
Müxtəlif yaşlardan toplanmış 1700-dən çox iştirakçının klinik sınaqlara məruz qaldığı araşdırmada, xəstələrin 36 faizinin öskürəyinin təmizləndiyi və 44 faizində zəiflədiyi məlum olub.
Bal və arı məhsullarının qədim dövrlərdən bəri insanlar tərəfindən terapevtik məqsədlər üçün istifadə edildiyini bildirən Ahmet Bağran Aksoy deyib ki,
"Yalnız bal deyil, digər arı məhsulları, polen, propolis və arı südü kimi qiymətli məhsullar da insanlar üçün faydalıdır. Bu məhsullar lazımi miqdarda təmiz xam bal ilə qarışdırılmalı və ehtiyaclara uyğun olaraq istehlak edilməlidir. Bəs hansı bal istehlak edilməlidir? Balın hamısı deyil, təmiz xam bal antibiotiklərdən daha təsirli olur. Araşdırmada bəhs etdiyimiz bal, bazarda ucuz satılanlar deyil".
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri