Qaz yumurtasının faydaları

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 3 039
Səs ver:
(səs: 0)
Qazlar əhliləşdirilən dövrdən indiyə kimi insanlar qaz yumurtasından istifadə edirlər. Qaz yumurtası neolit dövründən indiyə qədər insanların süfrələrində öz yerini tutur. Qaz yumurtası dietik qidalardan hesab edilir. Onun qida dəyəri isə toyuq yumurtasının qida dəyərindən qat-qat artıqdır. Qaz yumurtası toyuq yumurtasından böyük olur. Onun çəkisi 200 qrama qədər ola bilir. Bu yumurtanın qabığı çox bərk olur. Qaz yumurtasının qabığı bərk olduğuna görə onu 15 dəqiqə zəif odun üstündə qaynatmaq lazımdır. Qaynatmağa qoymazdan əvvəl isə onu axar suyun altında yumaq vacibdir. Qaz yumurtasının dadı onun yediyi qidalardan asılı olaraq dəyişə bilir. Qaz təzə otlarla nə qədər çox qidalanarsa, onun yumurtasının dadı bir o qədər yaxşı olur.

Necə saxlamalı?
Qaz yumurtasını 2-12* tempraturda və 85-90* nəmlikdə saxlamaq lazımdır.Bu şəraitdə saxlanılan yumurtalar uzun müddət öz təzəliyini qoruyub saxlaya bilir. Soyuducuya qoyan zaman yumurtanın üstü kirli olarsa o zaman onu yumaq və qurudub soyuducuya qoymaq lazımdır. İlk növbədə isə tamlığı pozulmuş qaz yumurtasını istifadə etmək lazımdır, çünki, çatlamış və ya qabığının tamlığı pozulmuş yumurta özündə müxtəllif bakteriyaların toplanmasına səbəb olur. Satiş məntəqələrində nadir hallarda qaz yumurtasına rast gəlinir. Buna görə də onu qaz fermalarından və ya qaz yetişdirən adamlardan almaq lazımdır.
100 qram qaz yumurtasının qida dəyəri:
- Zülallar - 13,9 qr
- Yağlar - 13,3 qr
- Karbohidratlar - 1,4 qr
- Su - 70,4 qr
- Kalori - 185 kKal.
Qaz yumurtasının tərkibində çoxlu miqdarda qidalandırıcı və keyfiyyətli maddələr var. Onun tərkibi K, D, E, A, K, B vitaminləri, kalium, kalsium, fosfor, maqnium, dəmir, kükürd və s. mikroelementlər var. Qaz yumurtasından istifadə eləmək beynin işini yaxşılaşdırır, zehni fəaliyyəti artırır, sidik ifrazı sisteminin işini sürətləndirir. Qaz yumurtasının tərkibində olan xüsusi maddələr orqanizmdə toksinlərin xaric olmasını sürətləndirir, damar divarlarında yığılan piy artıqlarının əriməsinə, yaddaşın və görmənin yaxşılaşmasına səbəb olur. Hamiləlik zamanı qaz yumurtası yemək doğulacaq uşağın beyninin və sinir sisteminin yaxşı inkişaf etməsinə səbəb olur. Qaz yumurasının sarı hissəsində nadir hallarda rast gəlinən lüten maddəsi var. Bu maddə ən güclü antioksidantlardan sayılır. Lüten maddəsi orqanizmin qocalmasının qarşısını alır və qocalma prosesini ləngidir.
Kosmetologiyada qaz yumurtasının tətbiqi
Kosmetologiyada qaz yumurtasından müxtəlif maskaların hazılrlanması zamanı istifadə edilir. Quru dəri üçün yumurta sarısı və təzə pomidordan hazırlanmış maska çox faydalıdır.Maskanı hazırlamaq üçün pomidor sürtkəcdən keçirilir və yumurta sarısı ilə qarışdırılır. Maska üzdə 15 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.
Kulinariyada qaz yumurtasından müxtəlif qidaların hazırlanmasında istifadə olunur. Ondan mayonezli salatların, desertlərin, şirniyyatların hazırlanmasında istifadə edilir. Qaz yumurtasından ən çox qayğanaq hazırlanır. Suda bişmiş qaz yumurtasının da çox gözəl dadı olur. Blenderdə üyüdülmüş yumurta, soğan, pomidor, suxari, qoz qarışımından hazırlanmış omlet çox ləzzətli olur. Bunun üçün qarışımı yağlanmış tavaya töküb sobada bişirmək lazımdır.
Qaz yumurtasını zərərli xüsusiyyətləri
Qaz suda üzə bilən heyvanlardandır. Bu səbəbdən də onlar sudan salmonelyoz mikrobuna asanlıqda yoluxa bilirlər. Qaz salmonelyoz xəstəliyinə yoluxduqda onun yumurtasında da bu xəstəliyin əlamətlərinə rast gəlinir. Yaxşı bişməmiş qaz yumurtası ilə qidalandıqda mikrob asanlıqla orqanizmə daxil olub insanı yoluxdura bilir.
Qaz yumurtasının xüsusi qoxusu olur. Bu iyi xarab olmuş yumurta iyi ilə qarışdırmamaq lazımdır. Çünki xarab olmuş qaz yumurtası zəhərlənmənin baş verməsinə səbəb olur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri