Evdar xanımlar üçün məsləhətlər

Müəllif: Diablo
Şərhlər: 9
Baxılıb: 5 221
Səs ver:
(səs: 1)
Parıltısını itirmiş çilçiraqlar və ev aksessuarlarını əvvəlki vəziyyətə qaytarmaq üçün yarım vedrə suya 3 ədəd limon şirəsi əlavə edilir və əşyalar həmin su ilə silinir.
-Qazanın dibinin yanmaması üçün onu əvvəlcədən soyuq su ilə yumaq və boşqabı çevirib içinə qoymaq lazımdır.
-Evə qarışqa daraşanda limonu dilimləyərək onun gəldiyi yerə qoymaq lazımdır.
-Alüminum qazanım parıldaması üçün onu diş tozu ilı sürtmək lazımdır.
-Çiyələk mürəbbəsinin xarlanmaması üçün onu bişirərkən hazır olana az qalmış 1 kq meyvəyə 1qr hesabı ilə limon turşusu əlavə edilir.
-Şamı yandırmazdan əvvəl 1 saat duzlu suda saxlayanda gec əriyir və yaxşı yanır.
-Sintetik parçanı qızdırılmış qayçı ilə kəsdikdə kəsilmiş yerdən parça saçaqlanmır.
-Ləkə tutmuş ütünun altını duza batırılmış əskiylə silmək lazımdır.
-Pendirin asan rəndələnməsi üçün 15 dəqiqə soyuducunun buzlama gözünə qoyulur.
-Pomidor sousu çox turş olduqda, bir kökü sürtkəcdən keçirib onun içərisinə tökmək onu dadlı edir.
-Göbələklərin daha dadlı olması üçün bişirmədən əvvəl üzərinə bir az duz və limon suyu vurulur, 5 dəqiqə gözlədikdən sonra bişirilir.
-Qoz ləpələrinin qabıqdan asan çıxması üçün bir gecə duzlu suyun içərisində saxlanır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri