Nar Haqqında Heç Bu qədər Bilməmişdik.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 861
Səs ver:
(səs: 0)
Yüz iyirmi növ meyvə var ki, onların da ağası nardır"
Fəsil dəyişir və yay fəslinin meyvələri öz yerini payız meyvələrinə verir. 
Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildiriləın nardır. 
Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. 

Beləliklə:
Nar- A, C, B, P, E vitaminləri və kali, kalsium, yod, mis, dəmir və s. mikroelementləri ilə olduqca zəngindir.
Nar bağırsaq parazitlərinin düşmənidir və qurdqovucu təsirə malikdir.
C vitamini cəhətdən portağal və itburnudan daha zəngindir.
Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu qeyd edirlər.
1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir.
Nar təzyiqi müsbət bir şəkildə nizamlayır.
Ürəyin düzgün işləməsinə yardım edir.
İnfeksiyaya qarşı bədən müqavimətini artırır.
Enerji verir, yorğunluğu aparır.
İdrar qovucu təsiri ilə toksin artımını təmin edir.
İmmunitet sistemini gücləndirir, bədəni xəstəliklərə qarşı qoruyur.
Xolestrol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur.
Turş nar mədə yanmalarına qarşı faydalıdır. 
Boğaz ağrıları və ağ ciyərlər üçün xeyirlidir. 
Öskürək və dəri infeksiyalarında da təsirlidir.
Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edərək qanda hemoqlobinin səviyyəsini artırır.
Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.
İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmin tez bir zamanda bərpa olunmasına kömək edir.
Nar iltihabəleyhinə təsirinə malik olduğuna görə stomatit, tonzillit (angina) və s. infeksiya, virus və bakteriyalar tərəfindən törədilən xəstəliklər zamanı istifadə oluna bilər. Bunun üçün ilıq şəkildə olan su ilə qarışdırılmış nar şirəsi ilə ağız boşluğunu və boğazı qarqara etmək mümkündür.
İshal zamanı narın qabıqlarını qaynadıb gün ərzində 3-4 dəfə içmək lazımdır. Bu çox yaxşı nəticə verir.Ancaq bunu nəzərə alın ki, mədənin selikli qişasını güclü qıcıqlandıran və dişlərin emalına mənfi təsir göstərə bilən bu şirə mütləq digər bir şirə ilə (məsələn, kök, çuğundur şirəsi ilə) və ya qaynanmış su ilə yarı-yarıya qarışdırılmalıdır.
Mədə və onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, tez-tez təkrar olunan qəbizliklərdə istifadəsi pis nəticə verə bilər.

Əhl-i Beyt əleyhimussalam nar haqqında:
Peyğəmbər (s): 
"Hər kəs bir narı tam yeyərsə, Allah onun qəlbini qırx gecə nurlandırar".
Peyğəmbər (s)
"Nar yeyin. Onun hər bir dənəsi mədəyə düşdükdə qəlbi nurlandırar və şeytanı qırx gün oradan çıxardar".
Peyğəmbər (s):
 "Nar bütün meyvələrin ağasıdır. Hər kəs bir nar yesə, öz şeytanını qırx gün qəzəbləndirmiş olar".
Peyğəmbər (s):
 "Narı onun ət qatı ilə ye, bu, mədənin təmizliyidir".
İmam Əli (ə):
 "Narı onun ət qatı ilə yeyin, bu, mədəni təmizləyir. Narın hər bir dənəsi bir müsəlman şəxsin qəlbində qərar tutduqda oranı nurlandırar və qırx gün şeytan və onun vəsvəsələrindən uzaqlaşdırar".
İmam Əli (ə): 
"Narın hər bir dənəsi mədədə qərar tutduqda qəlbi dirildir, nəfsi yandırır və şeytanın vəsvəsələrini qırx gecə puç edir".
İmam Sadiq (ə)
"Meyxoş narı onun əti ilə yeyin. Bu, mədənin təmizliyidir".
İmam Sadiq (ə): 
"Hər kəs ac qarına bir nar yesə, qəlbi qırx gün nurlanar".
İmam Sadiq (ə): 
"Yüz iyirmi növ meyvə var ki, onların da ağası nardır".
İmam Sadiq (ə): 
"Hər kəs yatmağa hazırlaşarkən bir nar yesə, sübhə qədər canı amanda olar".
İmam Sadiq (ə): 
"Nar yeyin. Ac insan nar yesə, doyar, tox insan onu yesə, yeməyi həzmə gedər".
İmam Sadiq (ə): 
"Hər kəs nar yesə, şeytanın vəsvəsələrindən özünü uzaqlaşdırar".
İmam Sadiq (ə): 
"Hər kəs narın bir dənəsini yeyərsə, şeytanın vəsvəsələrini qırx gün puç edər".
İmam Sadiq (ə): 
"Şirin nar yeyin. Onun bir dənəsi bir möminin mədəsinə düşdükdə oradan xəstəliyi çıxardar və şeytanın vəsvəsəsini ondan uzaqlaşdırar".
İmam Kazım (ə): 
"Hər kəs cümə günü acqarına bir nar yeyərsə, o şəxsin qəlbi qırx gün, iki nar yeyərsə, o şəxsin qəlbi səksən gün, üç nar yeyərsə, qəlbi yüz iyirmi gün nurlanar, şeytanın vəsvəsəsindən uzaq olar. Hər kəsdən şeytanın vəsvəsəsi uzaq olarsa, o şəxs Allaha günah etməyən şəxsi də Allah Cənnətə daxil edər".
İmam Kazım (ə): 
"Adəmin (ə) öz öğlu Nibbətulah vəsiyyətindən biri bu idi: "Nar ye. Əgər ac olsan, səni doyuzdurar, tox olsan, yeməyini həzm edər".
İmam Rza (ə): 
"Tumsuz narın suyunu iç. Çünki o, insanı qüvvətləndirir və təzə qan yaradır".
İmam Həsən Əskəri (ə):
 "Qan aldırandan sonra şirin nar yeyin. O, qanı sabitləşdirir və onu təmizləyir".
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri