Mətbəxdə köməyinizə çatacaq məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 824
Səs ver:
(səs: 2)
alt
 
Ət suyu bişərkən odun vəziyyəti çox əhəmiyyətlidir. Suyunu alacağınız əti əvvəl çox qüvvətli temperaturda qaynadıb köpüyünü almalı, sonra yüngül odda qaynamağa qoymaq laızmdır. Bu müddət içində ətin dadının və ləzzətinin qazanın içində qalıb isinməsi üçün mümkünsə qapağın kənarını xəmirli etmək lazımdır.

Dolmanıza yeni bir dad qatmaq üçün içinə qızarmış ya da parçalanmış şabalıd qatmağı təcrübə edin.

Paxlanı əvvəl qaynadıb daha sonra qılcıklarını almaqda fayda var. Beləcə vitaminləri də getməyəcək.

Bəzən sobada bişirdikləriniz quruyar və sərtləşər. Bunun qarşısını almaq üçün sobanın içinə bir stəkan qədər su qoyun. Görəcəksiniz bişirdikləriniz tez qovrulub qurumayacaq.

Yoğurduğunuz xəmirin yüngül olması üçün bir miqdar mineral su qata bilərsiniz.

Qızartmada ət bişirərkən ətin bir üzü bir az saralıb. Çox gözlətmədən ikinci üzü bildiyiniz kimi bişirin, sonra yenə bir üzü iki, o biri üzü bir dəfə bişirin, daha yumşaq olacaq.

 

Balığın yaxşı qızarması üçün əvvəl bir az südün içinə batırın. Sonra unlayıb tavaya atın.

Evdə edilən marmeladların içinə bir neçə dənə dənəsiz kişmiş atılsa daha gözəl bir rəng qazanar.

Çuğunduru qaynadarkən içinə saplarını da qoysanız rəngi daha qırmızı olar. Hətta bir qaşıq da sirkə tökün.

Bişirəcəyiniz plovun dənə-dənə və ağ olması üçün qazana nazik bir dilim limon qoyun.

Pizzanızın daha yumşaq olması üçün xəmirə sadə unun yanında kartof nişastası da qatın.

Pudinqin ununu az qoyduğunuz üçün yumşaq oldusa, ən yaxşısı yenidən un qatmaq yerinə bir qaşıqla krem halına gələnə qədər yaxşıca hazırlamaqdır.

Cem hazırlayarkən qaynarkən qarışdırmaq lazım olsa şübhəsiz taxta qaşıqla qarışdırılmalıdır.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 3 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri