Daha gözəl çay dəmləmək üçün...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 129
Səs ver:
(səs: 4)

Təzə və soyuq sudan istifadə edin. Cod və kirəcli sudan uzaq olun.

Çay dəmliyi metal olmamalıdır. Gil, çini və şüşə dəmliklər daha yaxşıdır.

Çay dəmləyərkən dəmliyi əvvəlcədən qızdırın. Çünki sonradan qızdırılmış dəmlikdə temperatur itkisi baş verir və bu çayın keyfiyyətinin itməsinə səbəb olur.

Çayın miqdarına diqqət yetirin. Yəni, çay nə həddindən artıq çox, nə də həddindən artıq az olmamalıdır. Hər stəkan çay üçün bir çay qaşığı quru çay götürün.

Su 10 saniyədən çox qaynamamalı və qaynayan kimi dəmliyə əlavə edilməməlidir. Yoxsa, lazım olndan çox oksigen itirər.

"Çay nə qədər çox dəmlənsə, dadı bir o qədər yaxşı olar” fikri doğru deyildir. Əksinə, çayı çox dəmlədikdə içindəki bəzi maddələrin tərkibi dəyişir. Və bu da özünü çayın dadında göstərir. Bütün ləzzəti "üzə çıxsın” deyə, 3-5 dəqiqə dəmləmək kifayətdir.

Əgər çayınızı südlə içmək istəyirsinizsə, fincana əvvəlcə südü tökün.

Çayı quru və sərin yerdə saxlayın. Çayı dəmir və ya taxta qabda saxlasanız, daha yaxşı olar (əllbətdə ki, ağzını sıx bağlamaq şərti ilə).

Çaya boya qatılıb-qatılmadığını yoxlamaq üçün soyuq suya atın. Rəng versə, boyalı, rəng verməsə, boyasızdır.

Çayınıza xüsusi dad və iy vermək üçün çay qabına bir qədər limon, portağal və ya alma qabığı ata bilərsiniz.

Bitki çaylarını da adi çay kimi dəmləyə bilərsiniz.

Mənbə: Ailəm jurnalı

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 8 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri