Təmizlik əsnasında edilən səhvlər

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 859
Səs ver:
(səs: 1)
Başlarkən mütəşəkkil olmamaq
Əvvəlcə bir proqram hazırlayın və ev təmizliyinizi buna uyğun qalaraq edin. Təmizliyə, ən sevdiyiniz  hissədən başlayın. Beləcə daha zövq alaraq edərsiniz. Otaqları tək-tək təmizləyin, bir otağı tamamilə  təmizləyib bitirin sonra digərinə keçin. Beləcə təmizlik vəsaitlərini bir otaqdan bir otağa daşıma dərdindən də xilas olarsınız.

Təmizliyə tək başına cəhd etmək
Uzun davamlı təmizlik etmək əzələ ağrılarına və özünüzü yorğun hiss etmənizə səbəb ola bilər. Buna görə tək  başınıza təmizliyin bütün yükünü almağa cəhd etməyin. Kiçik işlər üçün evdəki digər fərdlərdən də kömək alın.

Doğru vəsaitləri istifadə etməmək
Təmizlik edərkən doğru vəsaitləri istifadə etməsəniz daha çox zaman itirərsiniz. Məsələn digər bezlər  tozları ətrafa dağıdarkən mikrofiber bezlər tozları yığaraq daha asan təmizləmənizi təmin edər.

Əhəmiyyətli nöqtələrin təmizliyini atlamaq
Qabyuyan maşın, jalüzlər və zibil qutuları kimi bəzi yerlərin təmizliyi atlanıla bilər. Halbuki onları təmizləmənin püf  nöqtələri var. Qabyuyan maşının səbətini çıxarın. Su və sirkə qarışığını bir bezin üzərinə tökərək maşının  içini silin. Sonra boş maşını yüksək istilikdə yuyucusuz işlədin. Jalüzləri bağlayın və mikrofiber bez ilə silin.  Sonra tərs tərəfə çevirib təkrar silin. Zibil qutunuzun vedrə qisiminə 2 sm su qoyub içinə karbonat əlavə edin. Bir az  gözlədikdən sonra su ilə durulayın. Xarici qisimini yuyub köhnə bir dəsmal ilə qurulayın.

Eyni bezlə təmizliyə davam etmək
Əgər səthlərdə niyə xəttlər var deyə maraqlanırsınızsa, bunun tək günahkarının çirkli bezlər olduğunu bilin. Bu  səbəblə təmiz bezləri yaxınınızda saxlayın və tez-tez bez dəyişdirin ya da bezləri yaxşıca yuyun. Mikrofiber bez istifadə edirsinizsə duru suda yuyun və sıxıb təmizliyə davam edin. Yalnız toz alırsınızsa quru mikrofiber bez  istifadə edin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri