Sarıkökün faydaları

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 12 556
Səs ver:
(səs: 7)
 
Sarıkök zəncəfil fəsiləsinə aid sarı çiçəkli, böyük yarpaqlı çoxillik bitki cinsidir. Hündürlüyü 0.5-3 metrdir. Vətəni Cənubi Asiyadır. Asiyada 40-dan çox, Afrika, Cənubi Amerika və Avstraliyada isə bir neçə növü məlumdur.

Sarıkök bitkisinin əsas istifadə olunan hissəsi kökləridir. Sarıkökü təşkil edən əsas maddə kurkumindir. 3 qram sarıkökdə təqribən 30-40 milliqram kurkumin var.

Ədviyyat kimi 2,5 min il bundan əvvəl məlumdur və yalnız Çində və Hindistanda istifadə olunurdu. Sarıkök zəif yandırıcı və acı dada malikdir. İyi isə zərif və xoşagələndir. Kulinariyadan başqa tibbdə də geniş istifadə olunur.
Antioksidan təsirə malikdir.

Faydaları:
- Qanaxmanın qarşısını alır.
- Maddələr mübadiləsini tənzimləyir.
- Ağrıkəsicidir.
- Öd kisəsi və öd yolu xəstəlikləri üçün faydalıdır.
- Yaraların sağalmasına kömək edir.
- Qaraciyəri möhkəmləndirir.Toksinlərin ifraz olunmasına kömək edir.
- İltihabın qarşısını alır.
- Tənəffüs yolu infeksiyalarının müalicəsində istifadə olunur.
- Həzmi asanlaşdırır.
- İştahaçıcıdır.
- Xolesterini aşağı salır.
- Ürək xəstəliklərinə faydalıdır.
- Dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
- Göbələk xəstəliklərinin müalicəsinə kömək edir.
- Sarılığa qarşı faydalıdır.
- Stresi aradan qaldırır.
- İflic xəstəliyinin müalicəsində müsbət təsir göstərir.
- Böyrək xəstəliklərinin müalicəsində istifadə olunur. 
 
 
 
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 12 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri