Dərman kimi meyvə sokları

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 8 778
Səs ver:
(səs: 5)
Kök şirəsi
Kök, sağlamlığımız baxımından bir-birindən faydalı xüsusiyyətlərə sahibdir. Qan dövranını sürətləndirən, bağırsaqların işinə kömək edən kök şirəsinin, eyni zamanda sümük ağrılarına, mədə yanmasına, ürək infarktına, dəri və ağciyər xərçənginə qarşı da qoruyucu təsiri vardır. Sakitləşdirici və rahatladıcı təsirə də sahib olan kök şirəsi, Alzheimer xəstəliyinin da qarşısının alınmasına kömək olur. Yerkökünə olduqca yaraşan zəncəfil, darçın kimi ədviyyatlarla kök şirənizi daha ləzzətli hala gətirə bilərsiniz.

Alma şirəsi
Qan şəkərini nəzarət altında saxlayan alma şirəsi, böyrəklərin təmizlənməsi və xolestrolun salınmasında olduqca təsirli rol oynayır. Revmatizm və mədə xəstəliklərini sağaldır; damar sərtliyini önləyir. Baş ağrısına da çox yaxşı gələn alma şirəsinin bir xüsusiyyəti də yeməklə birlikdə qəbul edildiyində bədəndəki yağların toplanmasına maneə törətməsidir. Alma şirənizə darçın və limonla əlavə ləzzət qata bilərsiniz.

Albalı şirəsi
Albalıya qırmızı rəngini verən 'antosiyanin' maddəsi hüceyrə yeniləmə, yəni antioksidant xüsusiyyətinə sahibdir. Bu səbəbdən gündə bir stəkan gilanar suyu istehlakı ilə bədən gündəlik antioksidant ehtiyacını qarşılayır. Ürək-damar narahatlıqlarından xərçəngə qədər müxtəlif xəstəliklərə tutulma riskini azaltmağa köməkçi olan albalı, əzələ ağrılarının yüngülləşdirilməsi, yaddaş inkişafı və çəki tənzimləmə kimi mövzularda da təsirli olur. Sidik qovucu xüsusiyyətləri ilə bərabər, mədə və qaraciyərin nizamlı işinə də köməkçi olur.Albalı şirənizi bəzəmək üçün nanə yarpağı istifadə edə bilərsiniz.

Üzüm şirəsi
Tərkibində olan orqanizm tərəfindən asan mənimsənilən sadə şəkərləri sayəsində yüksək enerji qaynağıdır. Ehtiva etdiyi pəhriz lifləri sayəsində bağırsaqları yumşaldır və sidik qovucu xüsusiyyəti ilə bədəni toksinlərdən təmizləyər. Antioksidant xüsusiyyətli olduğu üçün dərinin yaşlanmasını gecikdirər. Qan yaradıcı xüsusiyyətinin yanında revmatizm və oynaq ağrılarına da yaxşı təsir edən üzüm şirəsi, ürək sistemini tənzimləyir, fiziki və zehni yorğunluqları aradan qaldırır.Limon və təzə nanə yarpaqları üzüm şirənizə ləzzət qatacaqdır.

Ərik şirəsi
Ağciyər xərçənginin, ürək xəstəliklərinin və kataraktın önlənməsinə köməkçidir. Tərkibindəki kalsium və maqnezium sayəsində sümük əriməsinin qarşısını alır. Ayrıca, təbii lif baxımından çox zəngin olduğundan bağırsaqları qoruyar. Qan azlığını önləyib, qan yaranmasına köməkçi olar. Dərini və saçı sağlam və canlı tutmaqda da faydalıdır. Ərik şirənizə bir az darçın əlavə edərək gözəl bir dad əldə edə bilərsiniz. 

Portağal şirəsi
İmmunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir göstərir. Möhkəm bir C vitamini anbarı olan portağal şirəsi, eyni zamanda doğum pozğunluqlarının da önlənməsində təsirlidir. Portağal şirəsində olan antioksidant isə damarları və kapilyar damarları gücləndirərək ürəyin zərər görməsinə maneə olar. Ayrıca, təzyiqin sabit qalmasına kömək edir. Portağal şirənizin içinə yaşıl limon dilimləri əlavə edərək gözəl bir aroma əldə etmiş olarsınız.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 8 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri