Qarpız sərinləşdirici meyvə olmaqla yanaşı, həm də insan orqnizmi üçün çoxlu faydaları var.
Qida dəyəri
150 qram qarpızın 92 %-i sudur. Tərkibində 12 qram karbonhidrat, 1 qram
zülal və 2% lif, A, C və B1 vitaminləri var. Kalium baxımından
zəngindir. Bundan başqa qarpızın rərkibinə fermentlər, üzvi turşular və
təbii şəkər də daxildir. Amma, hər şeydən əvvəl, antioksidantlarla son
dərəcə boldur.
Antioksidantdır
Qarpız C vitamini və likopen, beta-karoten, lutein, zeaksantin və
kriptoksantin kimi antioksidant falvonoidlərin mükəmməl bir qaynağıdır.
Bu güclü antioksidantlar yaşlanma və xəstəliyin qarşısını almaqda
əhəmiyyətli bir qoruyucu olaraq qəbul edilir, sərbəst radikallara qarşı
bədənimizi müdafiə etmək qabiliyyətinə malikdir.
Nəmləndirir
Dehidratasiya (susuzlaşma) təhlükəsini azaldaraq, bədənin tərləmə
yoluyla itirdiyi maye və mineralların yerinə gəlməsinə köməkçi olur. Yaz
susuzluğunu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.
Sidikqovucudur
Orqanizmdə olan zərərli toksinlərin xaric edilməsində kömək olur.
Sidikqovucu xüsusiyyətlərə malikdir. Qaraciyəri təmizləyir, böyrəyin
funksiyasını yaxşılaşdırır.
Enerji verir
Qarpız vitamin B6 ve B1 və təbii enerji gücləndiricilərə malikdir.Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir.
İmmunitet sistemi
Tərkibindəki C vitamini, likopen ve digər güclü antioksidanların
sayəsində orqanizmin təbii müdafiəsini artırır. Bütün bu birləşmələrin
xəstəlikləri önləyən sərbəst radikal zərərinə qarşı bədənimizi qorumaq
və immunitet sistemini gücləndirmək üçün mükəmməl bir qabiliyyəti var.
Gözlər
Qarpızın tərkibində olan likopen ve vitamin göz sağlamlığı üçün çox
əhəmiyyətli birləşmələrdir. Onlar makula degenerasiyasını və digər göz
ilə bağlı problemlərə qarşı qorumanı təmin edir. Gözlər üçün çox
faydalıdır.
Təzyiq və ürək
Tərkibində olan amin turşuları, maqnezium qan təzyiqini tarazlayır.
Təzyiqi tənzimləyir və ürəklə bağlı problemləri olan xəstələrə çox
faydalıdır