Hil ədviyyatının faydaları

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 10 417
Səs ver:
(səs: 2)
Bir çoxlarımız,adətən Novruz Bayramında bişirdiyimiz bayram şirniyyatlarına hil adlanan ədviyyat qatırıq. Xəmirimizə qatdığımız bu ədviyyatın tərkibini, faydalarını bilmək, məncə çoxumuza maraqlı olar. 
 
Hil, zəncəfil fəsiləsindən olan çoxillik bitki cinsidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53%-ni qabığı, 47-80 % - ni toxumu təşkil edir.
Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra tez ətrini itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hil toxumunun tərkibi faizlə aşağıdakı kimidir.

Azotlu maddələr 11-15 %

Yağ 1-2 % 

Efir yağlari 3.5 % 

Karbohidratlar 35-60 % 

Şəkər 0.5-0.8 % 

Nişasta 30-50 % 

Pentozanlar 4-7 % 

Pektinli maddələr 0.5 % 

Sellüloza 11-19 % 

Üyüdülmüş toxumundan həm yeyinti.həm də tibbdə geniş istifadə olunur.Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.

FAYDALARI:

Antiseptik təsirə malikdir.

İştahanı açır.

Həzmi asanlaşdırır.

Mədə və bağırsaqların fəaliyyətini nizamlayır.

Sidikqovucu və qazqovucu təsirə malikdir.

Başağrısını aradan qaldırır.

Ağıza dad verir.

Ağız qoxusunu aradan qaldırır.

Ağciyərləri təmizləyir.

Tüpürcək axınını sürətləndirir.

Xərçəngə qarşı faydalıdır.

Zökəmə və qripə qarşı faydalıdır.

Ən yaxşı ağrıkəsicidir.

Yaddaşı möhkəmləndirir.

Böyrəkləri təmizləyir.

Yuxusuzluğu aradan qaldırır.

Sakitləşdirici təsirə malikdir.

Revmatizma ağrılarını aradan qaldırır..

Miqrenin müalicəsinə kömək edir..
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 10 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri