Kəklik otunun min dərdin dərmanı olduğunu bilirdinizmi?

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 15 579
Səs ver:
(səs: 2)
Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Kəklikotunun bir çox faydaları vardır.
 
Faydaları
1. Sakitləşdirici təsirə malikdir...
2. İmmuniteti artırır...
3. Soyuqdəyməyə qarşı faydalıdır...
4. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur...
5. İştahanı yaxşılaşdırır...
6. Həzmə kömək edir...
7. Mədə-bağırsaqları və ciyərləri təmizləyir...
8. Ağciyər xəstəliklərinə qarşı faydalıdır...
9. Bağırsaq qurdlarını salır...
10. Ən yaxşı ağrıkəsicidir...
11. Revmatizmanın müalicəsinə kömək edir...
12. Öskürəyi kəsir...
13. Qripə qarşı faydalıdır...
14. Bəlğəmgətirici təsirə malikdir...
15. Spazmalara qarşı təsirlidir...
16. Diş ağrısını aradan qaldırır...
17. Damaqları möhkəmləndirir...
18. Yaraların sağalmasına kömək edir...
19. Şəkər xəstəliyinə qarşı faydalıdır...
20. Stresa qarşı faydalıdır...
21. Yuxusuzluğu aradan qaldırır...
22. Qan dövranını nizamlayır...
23. Qanazlığını aradan qaldırır...
24. Xərçəngə qarşı faydalıdır...

Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.
Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır.
Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı götürür, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilər.
Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirməq qabiliyyətinə malikdir.
Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq lazımdır.
Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun saymır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 15 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri