Sevdikləri insan tərəfindən aldadılan, xəyanət edilən tərəflər əksər
hallarda çıxış yolunu ayrılıqda görürlər. Xəyanətin səbəbləri isə
müxtəlif olur: bəzən iki-üç dəqiqəlik hisslərinə hakim ola bilməmək,
bəzən qarşı tərəfdən qisas hissi, bəzən cinsi təlabat və s.
Çoxlarımız
xəyanəti bağışlanılmaz səhv hesab etsək də, İngiltərədə aparılan bir
araşdırma göstərib ki, xəyanətə qarşı bütün insanların münasibəti heç də
eyni deyil. Adı çəkilən araşdırma zamanı məlum olub ki, əksər hallarda
evlilik həyatının qayda-qanunlarından, standart yaşam tərzindən sıxılan
insanlar tek gecəlik münasibətlərə maraq göstərirlər. Ən maraqlı məqam
isə ondan ibarətdir ki, cütlüklər sevgililərinin tək gecəlik
münasibətlərə, yəni xəyanətə qarşı olan bu marağını anlayışla
qarşılayırlar. Bu mövzuda aparılan sorğuda iştirak edən qadınlardan
78%-i, kişilərin isə 32%-i bunun tamamilə normal hal olduğunu və buna
görə qarşı tərəfdənsə, günahı özlərində axtarmalı olduqlarını
bildiriblər. Sorğunun yekunlarında məlum olub ki, qarşı tərəfin
xəyanətinə qarşı heç bir reaksiya verməyən qadın və kişilərin 67%-i
həyatları boyu heç olmasa bir dəfə qarşı tərəfə xəyanət ediblər.
Eyni
zamanda bu araşdırma nəticəsində o da məlum olub ki, evlilik
cütlüklərin cinsi həyatına mənfi təsir edir. Belə ki, evliliklərinin
əvvəlində cütlüklər hər həftədə 4 dəfə intim münasibətdə olduqlarını
bildirdikləri halda, 3 ildən sonra bu göstəricinin həftədə, bəzən hətta
iki-üç həftədə bir dəfəyə endiyini qeyd ediblər