Körpələriniz üçün qatığı özünüz hazırlayın

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 2 419
Səs ver:
(səs: 0)
Uşaqlarınız və özünüz üçün qatığı özünüz mayalayın. Baxın hər gün təbii olmayan südlərin və qatıqların içində bizim üçün nə qədər zərərli antibiotiklərin və hormonların olduğu ortaya çıxır.

İnanın hazırlamaq 5 dəqiqənizi alır və çox dadlı olur. İki gündən bir axşamdan edin səhərə hazırdır.
1 litr təzə südü qaynayana qədər istilədin. 18 dəq öz-özünə soyusun. 18 dəq sonra  üstündəki qaymağı alın.
1 litrlik şüşə qaba tökün südü. İçinə 3 çay qaşığı qatıq qatın , bir dəfə yavaşca qarışdırın.
Üstünə bir parça kağız dəsmalı 2 dəfə qatlayıb örtün, bu kağız dəsmal nəmi çəkəcək beləliklə qatığınız sulu olmayacaq.
Ən üstə də falqa örtün. Kimsənin dəyməyəcəyi soyuq olmayan bir yerə qoyun və üstünü isti tutacaq adyal kimi birşeylerle 2-3 qat örtün.
Heç yerindən tərpətməyin . 8-10 saat sonra ( axşamdan qoydunuzsa səhərə məsələn ) yavaşca açın, üstünü şüşə qapaqla örtün.
Mümkün olduğu qədər hərəkət etdirmədən soyuducuya qoyun. 10 saat toxunmayın, sonra yeyə bilərsiniz.
5-6 gün bəs edir. Hamısını istifadə etməyin. Biraz ayırın və bir sonrakı qatıq üçün onu maya olaraq istifadə edin.
Vaxtım yoxdur deməyin uşaqlarınızın və sizin sağlamlığınız üçün çox əhəmiyyətlidir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri