Velisoped sürmək sağlamlığa faydalıdır

Müəllif: Zeynuş
Şərhlər: 8
Baxılıb: 5 359
Səs ver:
(səs: 2)
Arıqlamağın ən zövqlü və əyləncəli yolu velosiped sürməkdir. Velosiped sürmək həqiqətən də yüksək miqdarda kalori yandırır və böyük güc tələb edir. Velosiped sürən insanların ürək-damar və qan dövranı sistemi yaxşı çalışır. Buna görə velosiped sürməklə həm arıqlaya, həm də sağlamlığınızı qoruya biləcəksiniz.
Velosiped sürmək ürək məşqidir. Araşdırmalar zamanı velosiped sürənlərin müntəzəm şəkildə qaçışla məşğul olan insanlardan daha sağlam olduğu sübut edilib.
Velosiped sürməyin digər bir faydası isə həddən çox kalori yandırmasıdır. Velosiped sürən bir insan orta sürətdə sürərsə, təxminən 1 saata 550 kalori itirə bilər. Həftə sonu 3 saatlıq velosiped turu 1 günlük kalori yandırmanıza kömək edəcək. Hər həftə 3 saat velosiped sürən insan 6 ayda 5 kilo arıqlaya bilər. Həm də heç bir pəhriz və arıqlama dərmanına ehtiyac olmadan. Ombasını, baldırını arıqlatmaq, ayaqlarını incəltmək istəyən hər bir xanım üçün velosiped sürmək faydalı bir seçimdir.
Velosiped pedalını çevirərkən ayaq və qarın əzələləri də hərəkət edir. Velosiped sürməyin bel üçün faydası yoxdur, çünki velosiped sürərkən bel hərəkətsiz qalır. Buna görə velosiped sürən xanımların bel nahiyəsini incəltmək üçün bel hərəkətləri də etməsi lazımdır. Velosiped sürməyə imkan və vaxtınız yoxdursa, onda evdə köməyinizə yetəcək velosiped alətindən istifadə edə bilərsiniz.
Gündə 1 saat velosiped sürən adam 1 ayda 3 kilo arıqlaya bilər.
Velosiped əzələləri yormur və maddələr mübadiləsini sürətləndirir. Ayaq, omba, baldır, qarın bölgəsinin yağlarını əridir. Həmin bölgələrdəki sellülitə qarşı faydalıdır. Ayaq, qarın, göbək və bu kimi digər əzələləri hərəkətə gətirir. Ürək və damar sağlamlığı üçün çox faydalıdır. Həddən çox sürətli tempdə sürülməməlidir. Siqareti tərgidənlər üçün ağciyərin tez bir zamanda təmizlənməsinə kömək edir. Həftədə ən az 2 dəfə və 30 dəqiqə sürülməlidir.
Yalnız velosiped deyil, bütün pedallı alətlər kalori yandırır və əzələləri hərəkətə gətirir. Bütün idman növləri, eləcə də velosiped sürərkən 30-40 dəqiqədən sonra bədənimiz endofrin ifraz etməyə başlayır ki, bu da stressə qarşı faydalıdır.
Velosiped sürmək ürək, qan dövranı sağlamlığına xeyirdir. Ürəyin, nəbzin yaxşı işləməsinə kömək edir və infarkt riskini 50 faiz azaldır.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri