Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 690
Səs ver:
(səs: 1)
Ayova Universitetinin alimləri apardıqları araşdırma zamanı müəyyən ediblər ki, tonusu dəstəkləmək və uzunömürlülük üçün gündə cəmi 5 dəqiqə qaçmaq kifayət edir.

Araşdırmada 55 min könüllü iştirak edib. Onların yaşları 18-dən 100-ə qədər olub. Araşdırma nəticəsində məlum olub ki, qaçış həvəskarlarının ölüm riski 30% azdır. Onların ürək-damar xəstəliklərindən ölmək ehtimalları isə 45% azdır.

Prinsipcə hamımız bilirik ki, fiziki aktivlik sağlamlıq üçün faydalıdır. Ancaq bu araşdırmada maraqlı olan cəhət ayrıdır. Alimlər aşkar ediblər ki, hətta qısa məşqlər də orqanizmi tonusda saxlayır. Misal üçün, cəmi beş dəqiqə qaçmaq insan ömrünü 3 il uzadır.

Əgər kiminsə qaçmaqdan xoşu gəlmirsə, onlara velosiped sürmək də tövsiyə edilir. İstənilən halda kiçik fiziki məşq də sağlamlıq üçün faydalıdır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri