Hamilələr ürək bulanma zamanı bunu yesinlər!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3515
Səs ver:
(səs: 0)
Ən dadlı və şəfalı meyvələrdən biri də armuddur. Armudun faydalarını saymaqla qurtaran deyil. Bu meyvə böyrək funksiyalarını yaxşılaşdırır. Həzm sisteminə böyük faydası olan armud sidiyi çoxaldaraq böyrəkdə yığılan qumların xaric olmasına kömək edir.
Qadınlar.biz-in Türkiyə mətbuatına istinadən xəbər verir ki, armud həzmi sürətləndirir və qəbizliyə qarşı da faydalıdır. Bir çox problemi həll edən armud təbii dərman effekti göstərir. Köp qovucudur, bağırsaqlar üçün faydalıdır. Qanı təmizləyir, yüksək təzyiqin aşağı salınmasına kömək edir.
Revmatizmdən əziyyət çəkənlər və oynaq ağrılarından şikayətçi olanlar gündə bir ədəd armud yeməlidirlər.
Armud hamilələr üçün ən faydalı qidadır. Ananın və körpənin sağlamlığına nüsbət təsir edir. Hamiləlik dövründə yaranan ürək bulanması və qusmanı azaldır, ağız quruluğunu aradan qaldırır. Ondan qızdırmanı aşağı salmaq üçün də istifadə edilir. Tərkibindəki A, B1, B2, B3, B6 və C vitaminləri sayəsində soyuqdəymə, qrip kimi xəstəliklərdə bədənin müqavimətini artırır.  Kalium, maqnezium, natrium kimi minerallarla zəngindir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri