Enerjini artıran qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 523
Səs ver:
(səs: 0)
Payız mövsümündə insanlar daha çox xroniki yorğunluqdan əziyyət çəkirlər. Bu da səbəbsiz deyil. Mövsüm dəyişikliyi, istirahətdən qayıdıb yenidən iş rejiminə alışmaq, stress və sair səbəblər özünüzü yorğun hiss etməyinizə səbəb olur.

Bəs yorğunluqdan xilas olmaq, şən, enerjili hiss etmək üçün nə etmək lazımdır?
Əvvəlcə onu qeyd edək ki, uzun müddət ac qalan insan da özünü yorğun hiss edir. Ona görə də çox ac qalmayın, 2 saatdan bir meyvə, qatıq, salat kimi kalorisi az olan qidalar yeyin. Beləliklə, süfrəyə oturanda çox ac olmadığınız üçün daha az yeyəcəksiniz. Yəni, həm yorğunluqdan, həm də artıq kilodan xilas olmaq üçün gün ərzində 5-6 dəfə qidalanmaq lazımdır.
Vitamin çatışmazlığı da yoğrunluğa səbəb olur. Xüsusilə də tərkibində A,C və E vitaminləri, selen, sink, maqnezium və dəmir kimi minerallar bol olan qidalardan istifadə etmək vacibdir.
A vitamini qaraciyər, kök, ərik, yemiş, yumurta, ispanaq, pomidor və kələmdə daha çox olur.
C vitamin isə limon, portağal, qreyfurt, kivi, cəfəri, bibər, pomidor kimi meyvə və tərəvəzlərin tərkibində bol miqdarda var.
Selen daha çox dəniz məhsulları, qırmızı ət, böyrək və ürəkdə olur.
E vitamini üçün bitki yağlarından istifadə etməlisiniz.
Sink badam, qoz, balıq, ət, qaraciyər, süd, yumurta kimi qidaların, maqnezium isə taxıl bitkiləri, yaşıl yarpaqlı tərəvəzlər, banan və lobya, paxla kimi tərəvəzlərin tərkibində çoxdur.
Qida rasionunuzda adını çəkdiyimiz bu meyvə və tərəvəzlərə üstünlük versəniz, xroniki yorğunluqdan tezliklə xilas olacaqsınız.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri