Soyuq havada üşüməmək üçün nə yeməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 816
Səs ver:
(səs: 0)
Hava soyuq olanda nə qədər qalın geyinsək də üşüyürük. Ətrafda nazik geyinməsinə baxmayaraq, üşüməyən insanlar görəndə isə qıcıqlanırıq. Üşümək işə və ya dərsə gedərkən əhval-ruhiyyəmizi korlayır, həm də tənbəlləşməyimizə səbəb olur. Bəs, görəsən payız və qış aylarını üşümədən keçirmək üçün nə etməliyik?

Səhər yeməyinizi mütləq yeyin. Bal, yağ kimi faydalı qidalarla zəngin süfrə qurun. Kalori qəbul etməkdən çəkinməyin. İsti süd və ya çay içmədən evdən çıxmayın.

Ac qalmamağa çalışın. Gün ərzində mütləq ara yeməklər yeyin.

Gündə ən az iki dəfə isti xörək yemək sizi üşüməyə qoymayacaq.

Meyvə və tərəvəz yemək immunitetinizi gücləndirəcək. Vitamin çatışmazlığı yaşamadığınız üçün üşümə  hissi də azalacaq.

Mütəxəssislər xüsusilə quru üzüm və quru qayısını məsləhət görürlər. Bundan əlavə şokoladlı tort da bədənin istiliyini artırır.

Tut və üzüm doşabı da bədəni isitmə qabiliyyətinə malikdir. Doşab bədəni soyuqdan qoruyub, üşüməyə maneə olmaqla yanaşı, immuniteti gücləndirərək qrip, öskürək kimi xəstəliklərə qarşı da orqanizmi qoruyur.

Zəif və arıq insanlar daha çox üşüyürlər. Ona görə də onlar səhər evdən çıxmadan öncə 2 qaşıq doşabı bir stəkan südə əlavə edərək qarışdırıb içməlidirlər.

Rasiona paxla və noxud əlavə edin. Bu qidalar bədənin istilik tarazlığını qoruyur. Həmçinin qoz, fındıq, fıstıq və yerfındığı kimi çərəzlər də bədəni isidir. Zülalla zəngin olan yumurta, yaşıl yarpaqlı bitkilərdən ispanaq, cəfəri, kəvər üşüməyə mane olan qidalar sırasındadırlar.

Zeytun və pendir də soyuqdan qoruyur. Yeməklərinizi zeytun yağı ilə bişirə bilərsiniz. Ya da səhər yeməyində pendir, zeytun yeyib və şirin çay içə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri