Xanımlara kömək olacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 458
Səs ver:
(səs: 1)
— Polad çaydanların səthindəki qaralmaları aradan qaldırmaq üçün yarım stəkan üzüm sirkəsinə 1 yemək qaşığı duz əlavə edib qarışdırın. Qab yumaq üçün süngəri bu qarışığa batırıb, çaydanın səthini yuyun. Çaydanın daxilinə yığılmış kirəc təbəqəsini təmizləmək üçün isə kartof qabıqlarını çaydanın içinə töküb, üzərinə su əlavə edin və bir müddət qaynadın.

— Mikseri istifadə etdikdən sonra təmizləmək üçün plastik qaba qaynar su əlavə edin və mikseri bu qaynar suda işlədin.

— Uzun müddət soyuducuda qalıb keyfiyyətini itirmiş yeməyin iyini aradan qaldırmaq üçün soyuducunun rəfini yuyucu vasitə ilə təmizləyib yaxşıca qurulayın. Bir ədəd limonun qabığını soymadan dilimləyin və soyuducunun ən üst rəfinə qoyun. Xoşagəlməz iylər limon sayəsində yox olacaq.

— Yeni alınan mətbəx əşyalarındakı etiketləri mebel cilası vasitəsilə təmizləyə bilərsiniz.

— Parıltısını itirmiş kristal çilçıraqları və ya ev aksessuarlarını əvvəlki "vəziyyətinə” qaytarmaq üçün yarım vedrə ilıq suya 3 ədəd limonun şirəsini əlavə edin və bu su ilə kristal çilçıraqlarınızı və ya ev aksesuarlarınızı silin.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri