Qış yorğunluğuna qarşı 10 təklif

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 2 517
Səs ver:
(səs: 5)
Günəşin isti üzünün artıq bizi tərk etdiyi aylardayıq. Bu da bir çoxumuz üçün başlı başına bir depressiya səbəbi. Və təbii bu aylar ən çox səhərlər məcbur edir bizi. Yaxşı, yataqdan sürünərək çıxmaq yerinə qanadlanaraq qalxmaq istəməzsinizmi? O halda təkliflərimizə qulaq asın…
1.Qaranlıqdan qaçının!
Qaranlıq səhər olduğunda belə itməmişsə, öz günəşinizi özünüz meydana gətirin. Başınızda yandırdığınız gecə lampası sizə bu mövzuda köməkçi olacaq. Beləliklə səhər daha rahat oyanacaq və yataqdan daha asan qalxa biləcəksiniz.

2.Duşa girin!

Oyanmaq üçün isti soyuq duşlar qədər təsirlisi yox. Beləliklə nəm maddələr mübadiləniz hərəkətə keçəcək, immunitet sisteminiz güclənəcək. Ən pis havalarda belə rejiminiz səhər duşu köməyiylə düzələr.

3.Səhər bir qurtum su!

Səhər oyandıqdan dərhal sonra böyük bir qurtum su içmək, maddələr mübadiləsini işlədir. Yatağa gedərkən başınıza mütləq bir stəkan su da alın. Mineral suyun məzmunundakı karbonik turşunun oyandırma təsiri sizi daha asan günə hazırlayacaq, bu da ağlınızda olsun.

4.Gecədən bir qurtum su!

Eyni şey tam tərsi olaraq da işlədilə bilər. Köhnə bir qırmızıdərili ənənəsi, yatmadan əvvəl içilən bir stəkan suyun sizi daha səhər saatınızın zəngi çalmadan oyandıracağını zəmanət edir. Bəhsə girərik sonrasında artıq yuxunuz qaçmış olacaq.

5.Cazibədar bir hədəf meydana gətirin!

Saat zəngini oyanacağınız saatdan daha erkən bir saata almağı nə deyərsiniz? Beləcə daha erkən oyanaraq özünüzə daha çox zaman ayıra bilərsiniz. Bəlkə, axşam əlinizdən buraxa bilmədiyiniz kitabınızdan bir neçə səhifə daha oxuya bilər ya da özünüzü gözəl bir naharla mükafatlandıra bilərsiniz.

6.Bədən saatınıza güvənin!

Oyanma vaxtınızdan yarım saat erkənmi oyandınız? Əsla təkrar yatmağı sınamayın. Əks halda daldığınız dərin yuxu saat zəngini eşitmənizə maneə törədə bilər. Yataqdan qalxın, bir iki kiçik bədən məşqi edin. Və bir neçə dəqiqə erkən oyandığınız üçün xoşbəxt olmağı təcrübə edin.

7.Qəhvə hazır!

Bir çox insan səhərlər qəhvə içmədən özünə gələ bilmir. Qəhvə maşınınızı və qəhvə fincanınızı axşam yatarkən hazırlasanız, səhər oyandığınızda qəhvə hazırlamaq üçün çox yorulmazsınız.

8.Ediləcəklər siyahınızı hazırlayın!

Bir məqsədiniz olmadan yataqdan qalxma fikri sizə də uzaq gəlirmi? O zaman axşamdan bir ediləcəklər siyahısı hazırlayın. Sabahısı gün üçün mütləq ağılınızda olan şeylər vardır. Bu şüurla ertəsi səhər yataqda miskinlik etmək istəməyəcəyinizdən əminəm.

9.Təkrarlamanı vərdiş halına gətirin!

Yatağa nizamlı olaraq eyni saatda getmək və səhərlər eyni saatda qalxmaq bədənin yükünü yüngülləşdirməyə köməkçi olur. Eyni şey həftə sonları üçün də etibarlıdır. Bu mövzuda nizamsız davranmaq bədənin iç saatının qarışmasına gətirib çıxarır. Bədən bu vəziyyətdə yatmasımı oyanıq qalmasımı lazım olduğuna qərar verə bilmir.

10.Saatınızı uzağa qoyun!

Səhər oyanmanın ən təsirli yollarından biri də saat zəngini yataqdan uzağa qoymaqdır. Bu vəziyyətdə zəng çaldığında qalxmaqdan başqa çarəniz qalmayacaq.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 2 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri