Noxud bağırsaqları qurdlardan təmizləyir

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 6 197
Səs ver:
(səs: 8)
Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.

Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.

Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir.

Noxud güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.

Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır.

Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən noxudun daim qəbulu böyrəklərə çox müsbət təsir edir - böyrəkləri duzlardan, qumdan təmizləyir, böyrək daşı xəstəliyinin inkişafının riskini xeyli azaldır.

Noxud antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi xəsrçəng xəstəliklərinin inkişafından qoruyur. Amerika alimlərinin araşdırmalarına əsasən, paxlalıların (noxud, lobya, soya) daim qəbulu xərçəng xəstəliklərinin və aterosklerozun inkişafının riskini xeyli azaldır.

Noxud bağırsaqlar üçün də faydalıdır. Noxud bağırsaqları burada yığılan şlaklardan, toksinlərdən, digər ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xroniki qəbizliklə mübarizədə yaxşı kömək edir.

Noxud qurdqovucu təsirinə malikdir.

Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.

Noxud dəriyə də çox müsbət təsir edir - cavanlaşdırır, sızanaqlar, civzələr və s.-dən təmizləyir. Bunun üçün noxudu üyüdmək və bir qədər su (yağlı dəri zamanı) və ya zeytun, çaytıkanı, badam və s. yağı ilə (quru dəri zamanı) qarışdırıb üz dərisinə çəkmək və 15-20 dəqiqədən sonra yumaq lazımdır.

Bildiyimiz kimi, noxud köpə səbəb olur. Bu səbəbdən noxudu az miqdarda qəbul etmək daha yaxşıdır. Bişirdikdən əvvəl noxudu yaxşı yumaq, bişirdikdən sonra isə üzərində olan nazik qabığı təmizləmək lazımdır. Bu noxudun köpdürücü xüsusiyyətlərini azaldır.

Podaqra, xolesistit, mədə xorası və bəzi digər xəstəliklər zamanı noxudun qəbulu arzuolunmaz sayılır.//saglamolun.az
(səs: 8)
Şərhlər: 13
Baxılıb: 6 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri