Sirkənin 24 istifadə qaydası

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 4 704
Səs ver:
(səs: 8)
Sirkəni saçlarınızdan meyvələrə qədər, gümüşlərinizdən texnoloji alətlərinizə qədər hər yerdə istifadə edə biləcəyinzi bilirdinizmi?
Əllərinizə hopan soğan, sarımsaq və balıq qoxusunu çıxarmaq üçün saf sirkəylə azca ovxalamanız kifayət edəcək.

Soğanlı, ya sarımsaqlı bir şeylər yedikdən sonra nəfəsinizin qısa müddətdə gözəl qoxması və təzələnməsi üçün bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı alma sirkəsi və 1 çay qaşığı duz töküb yaxşıca qarışdırın, bununla ağzınızı durulayın.

Sirkə qəbzlik və digər həzm sistemi ilə bağlı olan problemləri yox edir. Göbələk və bakteriyanın qarşısını aldığından qida zəhərlənmələrinə də imkan vermir. Mədə yanmasına da faydalıdır.

Yatmazdan əvvəl bir stəkan ilıq suya bir xörək qaşığı təbii sirkə və bal əlavə edib için. Bu, rahat yatmanıza kömək edəcək.

Saf sirkə sızanaq və qara nöqtələrə qarşı təsirlidir. Dərini sıxlaşdırır və gözəlləşdirir. Gecə yatmazdan əvvəl dərinizə sirkə sürtə bilərsiz.

30 qr saf sirkənin üzərinə su əlavə edib hamamdan çıxmadan əvvəl saçlarınıza tökün. Sonra durulamayın.

Təbii sirkə günəş yanıqları sonrası yaranan ağrıları sakitləşdirir. Tətilə gedərkən özünüzlə sirkə götürün.

Yeməkdən əvvəl sirkəli su içmək, ya da yeməklə birgə sirkə içmək daha tez doymağa və az yeməyə kömək edir
Kompüter, ya digər texnoloji alətlərinizi sirkəli su qarışımı ilə silə bilərsiz.

Əgər yemək bişirərkən yeməyi yandırdınızsa, yaxud evinizi siqaret tüstüsü bürüyübsə, həmin yerə sirkə dolu qab qoyun.

Mebellərin üzərində qalan ağ stəkan, ya boşqab ləkələrini sirkəylə silin.

Sevdiyiniz geyimlər kiftlənib deyə atmayın. Sirkəli suyla yuya bilərsiz.

Köhnə xalçaların təzə görünməsi və canlanması üçün sirkəli su ilə təmizləyin.

Dəmir qazan, ya dəmliklərinizi təmizləmək üçün sirkədən istifadə edə bilərsiz.
Porselen, kristal şüşə qabları parıldatmaq üçün sirkədən istifadə edin. Eyni zamanda sirkə stəkanlarda çay, qəhvə ləkəsini yox edir.

Doğrama taxtaların üzərində gözlə görünməyən ləkələr ciddi xəstəliklər yarada bilər. Sirkə zərərli mikroblara qarşı yaxşı dezinfeksiya edicidir.

Qızartma yemək bişirdikdən sonra ətrafa saçan yağlar və tavanızı təmizləmək üçün sirkədən istifadə edə bilərsiz.

Meyvə və tərəvəzlərin üzərindəki gözlə görünməyən kirləri yox etmək, bakteriaları öldürmək üçün 4 litr soyuq suya 4 xörək qaşığı sirkə əlavə edin və bu suda yuyun.

Soyuducunun içini təmizləyərkən sirkədən istifadə etməklə kif yaranmasını əngəlləyə bilərsiz.

Şüşə, ya rezin qabların üzərindəki yapışqan etiketləri çıxarmaq üçün üzərinə sirkəni tökün, bir az gözlədikdən sonra parçayla silərək çıxarın.

Gümüşləri aksessuarlarınızı təmizləmək üçün onları yarım stəkan sirkə və 2 xörək qaşığı karbonat qarışımının içinə qoyun, 2- 3 saat bu suda saxlayın. Sonra durulayıb parçayla qurudun.

Qələmin mürəkkəbi geyiminizə dağılıbsa, sirkəni üzərinə tökün. Ləkənin getdiyini görəcəksiz.

Hamamın dəmir əşyalarını, divarlarını təmizləmək üçün sirkədən istifadə edə bilərsiz.

Tualetin tavanını, yerini 4 litr suya qarışdıracağınız 1 fincan sirkə və 1 fincan ammonyak, ¼ fincan karbonatla təmizləsəniz, qoxu gedəcək.
(səs: 8)
Şərhlər: 11
Baxılıb: 4 704
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri