Bu məhsulları soyuducuda saxlamayın

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 255
Səs ver:
(səs: 3)
Adətən biz məhsulların bir çox hissəsini soyuducuda saxlayırıq.

Bu halda biz onların təzə qalmasına əmin oluruq. Lakin bəzi məhsullar var ki, soyuq onların təzə qalmasına nəinki kömək etmir, əksinə onlarda olan bir çox faydalı məddələrin parçalanmasına, yox olmasına səbəb olur.

Bu məhsulların arasında:

- Tərəvəzlərin əksəriyyəti soyuq xoşlamır. Bolqar bibəri, xiyar, pomidor, kələm, gül kələmi, kök, sukini, sarımsaq, badımcan, kartof və s. Bu tərəvəzlər qəti şəkildə soyuq sevmir və soyuducuda saxlandıqda tez bir zamanda öz faydalı xüsusiyyətlərini itirirlər. Ümumillikdə mütəxəssislər tərəvəzləri qaranlıq quru ev temperaturası olan yerdə saxlamağı tövsiyə edirlər.

- Alma, armud soyuducuda daha tez xarab olur.

- Ədviyyatları da soyuducuda saxlamaq olmaz. Ədviyyatları quru qaranlıq yerdə şüşə qablarda saxlamaq lazımdır.

- Göyərtilər da soyuq sevməyən məhsullardan biridir.

- Tropik meyvələr (banan, ananas, kivi, manqo, papaya və s.) və həmçinin limon, portağal, naringi soyuqda nəinki təzə qalmır, əksinə daha tez xarab olur. da

- Bal ev temperaturunda istənilən müddət ərzində saxlanıla bilər. Soyuducida isə bal öz faydalı xüsusiyyətləri itirir.

- Soyuducuya qoyulan şokoladın üzərində ağ ərp əmələ gəlir. Belə şokolad yemək olar, lakin onun dadı və xarici görünüşü korlanır.

- Soyuq və nəm şəraitdə çörəkdə orqanizm üçün çox ziyanlı olan kif göbələkləri inkişaf etməyə başlayır.

- Zeytun yağı soyuducuda saxlandıqda öz faydalı xüsusiyyətlərini itirir.

- Ketçup və digər acı sousları soyuducuda saxlamaq olmaz.

Əgər biz məhsullardan maksimum dərəcədə fayda almaq istəyiriksə, onların düzgün saxlanmasına diqqət yetirmək lazımdır.f
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri