Ballı suyun 9 inanılmaz faydası

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 12358
Səs ver:
(səs: 6)
Səhərlər bir stəkan ilıq suyun, balın nə qədər faydalı olduğunu da eşitmiş ola bilərsiniz. Bəs ballı suyun birlikdə hansı təsirləri olduğunu bilirsinizmi?

Piyləri əridir:
Ballı su içmək arıqlamağınıza kömək edir. Balın tərkibindəki şəkər, sağlam kalori mənbəyi olan təbii şəkərdir. Şəkərli içkilərə qarşı duyduğunuz ehtiyacla mübarizədə çox faydalıdır. Limonad kimi şəkərli içkilər qanda insulinin səviyyəsini sürətli şəkildə qaldıran şəkərlə zəngindir. Bunları azaldaraq və ballı su içərək kalori miqdarını azalda bilərsiniz.
 
Mütəmadi olaraq ballı su için!
Səhərlər ilıq və ballı su içmək həzm sistemini yaxşılaşdırır. Balın antiseptik təsiri mədə turşuluğunun dərəcəsini azaldır. Qalın bağırsağın susuz qalmasının qarşısını alır və qəbizlik problemi aradan qaldırır.

İmmun sistemi möhkəmləndirir
Bal heyrətamiz bakteriya öldürmə xüsusiyyətinə malikdir. Sadəcə olaraq əsl bal olmasına fikir verin. Çünki bu bal bakteriyalara qarşı faydalı olan maddələrlə doludur. Balın tərkibindəki antioksidantlar isə sərbəst radikallarla mübarizə aparır.
 
Allergiyanı azaldır
Bal tozcuqlara qarşı bədəni uyğunlaşmağa yardımçı olur. Həmçinin ətraf mühitdən dolayı allergiyalara olan həssaslığınızı azaltmağa qadirdir.
Enerji verir
Enerjinizi artırmaq üçün qəhvə yerinə ilıq ballı suya üstünlük verin. Orqanizminiz çox az susuz qalsa belə, özünüzü süst, tənbəl və halsız hiss edirsiniz? Bunun qarşısını almaq üçün qəhvə əvəzinə suyun içinə bir az bal əlavə edib için. Çünki qəhvə sidikqovucudur və orqanizmin susuz qalmasına yol açır.
 
Boğaz ağrısını yüngülləşdirir və öskürəyi kəsir
Ballı isti su boğazda ağrını və qıcıqlanmanı azaldır. İlıq su boğazı yumşaldır, bal isə boğazınızı nazik qoruyucu təbəqəylə örtülməsini təmin edir. Bu yumşaldıcı təsir öskürəyi də azaltmağa kömək edir.

Orqanizmi toksinlərdən təmizləyir
Ballı su orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. Mütəmadi olaraq içdikdə xəstəliyə yol açan toksinlərdən xilas olarsınız. Bu qarışığa limon əlavə etsəniz, faydasını daha da artırarsınız. Beləliklə, toksinləri bədəninizə daha tez-tez ataraq və sidik yolu infeksiyalarından xilas olaraq sağlam qalarsınız.
 
Qaz probleminin çarəsidir
Qarnınız ağrıyır və qazınız varsa, bir stəkan ilıq ballı su için. Bal qazı zərərsizləşdirir.

Sağlamlığınızı qoruyur
Ballı ilıq su içmək təkcə nəm balansını qorumur, eyni zamanda orqanizmdəki yaxşı xolesterin səviyyəsini artırmağa və ürək-damar gərginliyi azaltmağa kömək edir.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 12358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri