Səhər yuxusundan doymayanlar oxusun

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 637
Səs ver:
(səs: 4)
Bir çox insan səhər yuxudan oyandıqdan sonra özünü yorğun və halsız hiss edir. Səhərlər yuxudan doya bilməyənlər, adətən, qəhvə içərək günə daha enerjili başlamağa çalışırlar. Ancaq bu işdə qoxular da sizə kömək ola bilər. Bəzi qoxular insana enerji verir və onun özünü daha gümrah hiss etməsinə səbəb olur.

1.Portağal
Orqanizmə faydaları saymaqla bitməyən portağalın qoxusu insana enerji verir. Əsəbləri sakitləşdirən bu qoxu stressi azaldır.

2. Nanə
Daha rahat nəfəs almağı təmin edir. Yuxunu qaçırır və baş ağrılarının qarşısını alır.

3. Limon
Bu meyvənin qoxusu da insana enerji verir. Yorğunluğu aradan qaldırır. Dinclik verir. Diqqəti artırır.

4. Evkalipt və rozmarin
Evkaliptlə rozmarin qoxuları oxşardır. Onlar insan orqanizminə oxşar təsir göstərirlər. Evkalipt yağını iyləyən insanın həm zehni, həm də fiziki yorğunluğu aradan qalxır. Rozmarin yağı qoxusu isə insana enerji verməklə yanaşı, yaddaşı da gücləndirir.

5.Qreypfrut
Gümrah hiss etdirir. Depressiya və stressə qarşı faydalıdır. Qreypfrut yağını yorğunluq hissinin olduğu bölgəyə çəkdikdə yaxşı effekt verir.

Sadalanan bitkilərdən istənilən birinin yağını kiçik bir şüşə qaba tökün. İçərisinə qoxunu yayan xüsusi çubuq yerləşdirin. Beləliklə, səhərlər oyananda özünüzü daha gümrah hiss edəcəksiniz.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri