Balıq yağından 3 dəfə baha satılır, amma...

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 409
Səs ver:
(səs: 1)
Son vaxtlar dünyada yeni bir sağlamlıq tendensiyası müşahidə olunur. Bir vaxtlar balıq yağından istifadə edənlər özlərinə yeni bir gənclik iksiri tapıblar. Bu bir çoxlarınızın bəlkə də adını belə eşitmədiyi krill yağıdır. Krill - balinaların ətrafında hərəkət edərək onların ağzından tökülən qida qalıqları ilə yaşayan kiçik xərçəng növüdür.

Krill yağının son vaxtlar populyarlaşmasının əsas səbəbi onun balıq yağından 3 dəfə daha çox omeqa-3 ehtiva etməsidir.

Türkiyəli professor, doktor Kənan Dəmirkol krill yağının balıq yağından üstünlüklərini və bu yağın orqanizmə verdiyi faydalardan danışıb.

Həkimin sözlərinə görə, balıqartırma zavodlarında əldə edilən yağlar elə də keyfiyyətli olmur: "Süni şəkildə çoxaldılan balıqlardan əldə edilən yağlar orqanizm üçün elə də faydalı deyil. Çünki belə balıq yağının tərkibindəki omeqa-3-ün keyfiyyəti çox aşağı olur. Krill yağı isə okeanda yaşayan krillərdən əldə edildiyi üçün həqiqi  omeqa 3 mənbəyi hesab edilir”.

Doktor  Kənan Demirkol bildirir ki, krill yağında balıq yağında olmayan faydalı elementlər və turşular var:

"Krill yağının tərkibində hüceyrələri qoruyan "EPA” və "DHA” turşuları var. Krill yağı qırmızı rəngdə olur. Ona bu rəngi verən tərkibindəki "astaksantin” adlı antioksidantlardır. Bu antioksidantlar çox güclü "anti‐aging” və detoks effekti verir. Yəni yaşlanmanın qarşısını alır və orqanizmi təmizləyir. Krill yağının daha birr üstünlüyü isə balıq yağından fərqli olaraq ağızda xoşagəlməz dad qoymamasıdır. Kril yağı ampulu mədədə suya qarışaraq əriyir və qısa zamanda öz faydasını göstərir.

Həkimin sözlərinə görə, krill yağının əsas faydalı xüsusiyyətləri aşağıdakılardır:

*Ürəyi qoruyur.

*Beyni gücləndirir, qavrama qabilliyyətinə və yaddaşa yaxşı təsir edir.

*Xolesterinin səviyyəsini sabitləşdirir. Qanda şəkərin miqdarını nizamlayır.

*Menstruasiya dövründə ağrını və digər simptomları aradan qaldırır.

*İmmunitet sistemini gücləndirir.

*Gümrahlıq verir.

*Qaraciyər üçün çox faydalıdır.

Həkim bildirir ki, krill yağından hər bir insan istifadə edə bilər.

"Uşaqlar üçün tövsiyə olunur. Uşaqların beyin, göz və sinir sisteminin inkişafını dəstəkləyir.

Krill yağının əks-təsirləri varmı?
Kənan Demirkol qeyd edib ki, krill yağından istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki yağın bəzi əks-təsirləri ola bilər:

"Qanı durultduğundan krill yağından istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır. Krill yağı mədədə yanmaya, ürək bulanmaya və ishala da səbəb ola bilər. Hamilələrə və uşaq əmizdirən analara tövsiyə edilmir. Çünki bu yağ üzərində kifayət qədər araşdırma aparılmayıb. Südəmər körpəyə necə təsir etdiyi dəqiq bilinmir. Hər ehtimala qarşı 3 yaşı tamam olmamış uşaqlara verilməməsi məsləhətdir”.

Sonda onu da qeyd edək ki, krill yağı balıq yağından 3 dəfə baha satılır. Keyfiyyətli balıq yağının qiymətinin 60 manatdan başladığını nəzərə alsaq, krill yağının qiymətini təxmin etmək elə də çətin olmaz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri