Səhər çimmək xeyirlidir, yoxsa axşam?

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2 953
Səs ver:
(səs: 1)
Belə isti aylarda səhər çimmək məsləhətdir, yoxsa axşam?

İsti yay aylarında vücuda rahatlıq verən duşun hansı saatlarda alınmasının daha faydalı olduğunu bilirsinizmi? Səhər oyanan kimi, yoxsa gecə yatmadan öncə alınan duş? Hansı daha faydalıdır?

Bəzi insanlar səhər duşuna vərdiş ediblər. Həm də yay-qış fərq etməz, daim ilıq suyla çimirlər. Adam da var ki, fəsilin fərqi yoxdu, daim isti suda çimir. Gəlin bu faydalara diqqət edək.

Səhər çimməyin faydası:

- Səhər çimmək orqanizmin qan dövranını 3 dozalı qəhvədən daha artıq aktivləşdirir.

- Əsəbləri tənzimləyir, boyun əzələsinin tutulması ilə qalxanlara əzələlərin yumşalmasına səbəb olacaq. Bir neçə dəfə əsnəmə hərəkətləri ilə də əzələləri gərkinləşdirmək olar.

- Səhər duşu yağlı dərilərə daha faydalıdır. Yağdan parıldayan dərinizi səhər ilıq duş almaqla, axşama kimi dərinizi yağlılıqdan qoruyacaq.

Gecə yatmadan öncə duş qəbulunu faydası:

- İşdən yorğun gəlib, yatmadan öncə alınan duş bütün günün yorğunluğunun çıxmasını, rahatlanmanı, təzyiqin aşağı enməsini və stessin azalmasın təmin edəcək.

- Yatmadan öncə ilıq duş yuxusuzluq probleminin aradan qalxmasına kömək edəcək. Həm rahatlıq, həm də orqanizmdə melatonin ehtiyacının ödənilməsi üçün sağlam yuxu gətirəcək.

- Həmçinin yatağın da təmiz qalmasını təmin edir. Bu da öz növbəsində rahat yuxu şəraiti yaradır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri