Acı bibərin qurutma qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 974
Səs ver:
(səs: 2)
Yeməklərə acı dad vermək üçün kulinariyada qırmızı acı bibərdən çox istifadə edilir. Evdar xanımlar onu duzlu və konservləşdirilmiş məhsullara əlavə edirlər, salatlara, souslara, müxtəlif qəlyanaltılara, misal üçün hamının tanıdığı acikaya. Yeməklərdə acı bibər həm təzə həm də qurudulmuş formada istifadə edilir. Qırmızı acı bibəri müxtəlif üsullarla qurutmaq olur.
 
1. Sobada
 Vaxt və səbir ehtiyyatı toplayıb bibəri adi qaz və ya elektrik sobada qurutmaq olar. Yığılmış bibərlər yuyulur və qurudulur. Bəzi insanlar bibərləri doğrayıb qurudurlar, bəziləri isə tam şəkildə. Hazırlanmış bibərlər sobanın tavasına, perqament kağızı üzərinə düzülür və əvvəlcədən 50°C temperaturunda isidilmiş sobada (sobanın qapısı azacıq açıq olmaqla) qurudulur.

2. İp üzərində
Bu sadə, bibərin "dədə-baba" üsulu ilə qurutma qaydasıdır. Bu qayda ilə həmçinin alma və ya göbələkdə qurutmaq olur. Əsas odur ki isti, yaxşı havalanan və havası nəm olmayan yer seçilməlidir. Bibərlər yuyulur, qurudulur, sonra saplağından iynə ilə sap keçirilir və müəyyən edilən yerdə (eyvan və s.) hamısı lazımı yüksəklikdən möhkəm ipdən asılır. Bu halda onlar hər tərəfli hamısı eyni cür quruyacaq.

3. Qəfəsdə
Dükanda satılan xüsusi olaraq qurutma üçün hündür ayaqlı qəfəs alıb istifadə etməklə. Bu qəfəslərin bir hissəsində elektrik plitəsi olur və bibərlər bir lay ilə həmin qəfəsə düzülərək plitənin istiliyindən tədricən qurumağa başlayacaqlar.

4. Elektrik qurutma cihazı ilə
Bu çox rahat və tez üsuldur. Periodik olaraq bibərlər qarışdırılaraq qurudulur.

5. Pəncərədə
Bu üsul pəncərə altıları geniş olan insanlara yarayar. Pəncərə altına təmiz kağız qoyulur (perqament) və onun üzərinə yuyulmuş, qurudulmuş bibərlər düzülür (həmçinin doğraylb düzməkdə olar). Düzüləndən sonra bibərlər nazik perqament kağızı ilə örtülür (tozdan qorumaq üçün). Arabir onları qarışdırıb çevirməklə, 2-3 həftədən sonra bibərlər hazır olacaqlar.
Məsləhətlər!

- Qurudulmuş bibəri mütləq nəmdən qorumaq lazımdır. Bunun üçün onları xüsusi parça torbalarda, kağız paketlərdə və ya şüşə bankalarda saxlamaq məsləhətlidir.

- Qurudulmuş bibəri həmçinin mətbəx kombaynı ilə xırdalayıb un kimi şəkildə xüsusi germetik qabda saxlamaq olar.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri